MUHSƏN
İslam şəriətinə uyğun olaraq kəbin qaydaları ilə evlənmiş müsəlman kişi və qadındır. Bu sözə Quranda (5: 5) rast gəlinir. Fiqhə görə muhsənlər başqa adamlarla sevişməməlidirlər. Onlar zina etsə, camaat qarşısında daşqalaq edilməlidirlər.
Muhsən olmayan zinakara qarşı isə yüngül cəzalar tətbiq edilir.