Mustye mədəniyyəti
Mustye mədəniyyəti — Qədim mədəni-texnoloji kompleks.
Mustye ilə üst paleolit arasında – 30-35 min il bundan əvvəl müasir insan tipi – Homo Sapiens (azərb. dərrakəli insan) meydana gəlmişdir. "Dərrakəli insan" bəzən "neantrop" (yeni insan) adlandırılır.
Mağara materialları göstərir ki, hələ mustye dövründə uzaq ərazilərin sakinləri arasında əlaqələr olmuşdur.
Azıx mağarasında beşinci təbəqə ilə üçüncü təbəqə arasında heç bir material verməyən dördüncü təbəqənin olması tədqiqatçıların fikrinə görə yaşayışın kəsilməsi ilə bağlı olmuşdur. Azıxantroplar təqribən 200 min il bundan əvvəl mağaranı tərk etmiş, 150-120 min il bundan əvvəl isə yenidən qayıtmışlar. İnsanların mağaraya dönməsi havaların soyuması ilə bağlı olmuşdur. Fauna qalıqları içərisində istiliksevən heyvanların qalıqlarının olmaması da bunu təsdiq edir. Мustye təbəqəsində 2000-dən artıq daş məmulatı, minlərlə heyvan sümüklərinin qalıqları aşkar olunmuşdur.