Mutant
Mutasiya (lat. mutatio — dəyişiklik) — dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm forması. Mutant təbii seçmədə ilk material sayılır. Məhsuldarlığın artırılmasında və süni mutagenezin nəzəri məsələlərinin həllində mutantlardan
geniş istifadə edilir.
Mutasiya orqanizmin istər somatik, istərsə də cinsiyyət hüceyrələrində əmələ gəlir. Mutasiya terminini ilk dəfə biologiyaya daxil edən Huqo-de Friz olmuşdursa, lakin bu haqqda olan anlayışa ondan da əvvəlki alimlərin əsərlərində rast gəlirik. Hələ Ç. Darvin öz əsərində bu cür gözlənilmədən, qəflətən baş verən irsi və xırda dəyişmələr haqqında yazırdı. Darvin bədəni uzun, ayaqları qısa “ankon” qoyunları, tükləri incə və uzun “moşan” qoyunları haqqında məlumat verir və bu cür dəyişilmələri “sport” və ya tək-tək baş verən dəyişkənlik adlandırırdı. Q.Friz 1880-cı ildən başlayaraq təcrübə apardığı Enotera Lamarkiana adlanan bitkilərin içərisində mutasiya baş vermiş formalar aşkar etdi. Bəzi bitkilər öz əlamətləri ilə enotera növündən elə kəskin fərqlənmişdir ki, hətta de Friz onları yeni növ adlandırmışdı.