MÜCƏDDİD

inandığı dinin ehkamları haqqında yeni mütərəqqi fikirlər irəli sürən islahatçı insanlardır. Tarixin inkişafında cəmiyyətlərdə dini inancın zəifləməsi baş verir. İslam təliminə görə Məhəmməd sonuncu peyğəmbərdir. Buna görə də yeni peyğəmbərin gəlişi imkansızdır. Beləliklə, İslam zəiflədiyi təqdirdə peyğəmbər deyil, mücəddid gələ bilər. Bu barədə bəzi hədislər də vardır. Mücəddidlərin peyğəmbərlərdən fərqi ondan ibarətdir ki, onlar yeni din gətirmir, mövcud olan dinin çərçivəsində peyğəmbərlərin unudulmuş irsini yenidən dirçəldirlər. İlahiyyatçılara görə mücəddidin məqsədi müsəlmanların İslamın müddəalarını dəyişdirmək deyil, dini bidətlərdən təmizləmək, mövcud olan inanca yeni ruh verməkdir. İlahiyyatçıların bəziləri hesab edir ki, mücəddidlər peyğəmbərin əhlibeytindən olmalıdır. Digərləri isə hesab edirlər ki, İslamın mücəddidi hər bir müsəlman ola bilər.
MÜBAH
MÜCƏSSİMİLƏR

Значение слова в других словарях