MÜHƏRRƏF
dəyişdirilmiş, orijinalı olmayan deməkdir. İnsanlar tərəfindən təhrif edilmiş müqəddəs kitablar belə adlanır. İslam ilahiyyatçılarına görə Allah yer üzünə 100 sühuf və 4 kitab nazil etmişdir. Ancaq bunların çoxunun orijinal mətnləri qalmamışdır, zaman keçdikcə insanlar onları təhrif etmişdirlər.
İlahiyyatçıların bir çoxu Tövrat və İncili də təhrif edilmiş kitablar hesab edirlər.
Onlar həm də qeyd edirlər ki, İslamdan başqa bütün dinlər təhrif edilmişdir. Onların iddialarına görə təhrif edilməyən kitab yalnız Qurandır. Bu iddialarla razılaşmayan ilahiyyatçılar da vardır.