MÜSTƏLİLƏR

ismaili təriqətlərindən birinin ardıcıllarıdırlar. Fatimi xəlifəsi Müstənsirin oğlü Müstəlini imam saymış ismaili təriqətidir. İsmaililiyin digər qolu olan nizarilərlə rəqabət aparmışdırlar. Dini təlimləri ismaililiyin ümumi müddəalarının əsasında qurulmuşdur. İslam dünyasının şərqində (Misir və Şimali Afrikada) daha çox yayılmışdırlar. Ancaq, Fatimi xəlifəliyi məhv olduqdan sonra onlar Yəmənə, daha sonra isə Hindistana köçmüşdürlər. Hal-hazırda mustəli icmaları Hindistan, Pakistan, İran, Yəmən, Keniya və Tanzaniyada mövcuddur. Onların dini mərkəzi Hindistanın Surat şəhərində yerləşir.
MÜSTƏHƏB
MÜSTƏMİN