is. \[ing. musical < musical comedy "musiqili komediya"\] inc. Estrada, operetta və balet növlərini özündə birləşdirən sintetik tamaşa növü. Müzikldə dialoqlar, musiqi, ifa və xoreoqrafiyadan ibarət dramatik süjet TV sənətinin spesifik vasitələri ilə ifadə olunur; əsasən komediya xarakterində olan musiqili səhnə əsəri; musiqili komediya. (Kino, televiziya və radio terminlərinin izahlı lüğəti).
Müzikl (ing. Musical, "musical comedy"-dən — musiqili komediya) — mahnıları, dialoqu, aktyorluğu və rəqsləri cəmləşdirən teatr tamaşa janrı.
Pişiklər (müzikl)
Pişiklər (ing. Cats) Endryu Lloyd Vebber tərəfindən revyu üslubunda yazılmış müzikl. Tamaşa öz məzmununu Tomas Sternz Eliotun "Qoca Possum tərəfindən yazılmış pişiklər haqqında elm" (ing. "Old Possum's Book of Practical Cats") adlı uşaq şerləri məcmuəsindən götürmüşdür. Tamaşa ilk dəfə 11 may 1981 ci ildə yeni London teatrında 7 oktyabr 1982 ci ildə isə Brodveydə oynanılmışdır.
Müziklın əsas məğzini Qrizabella adlı personaj tərəfindən ifa edilən ing. "Memory" "Yaddaş" nəğməsi təşkil edir. Yaddaş nostalgik bir nəğmədir. Bu nəğməsi ilə Qrizabella keçmiş üçün kədərlənir. Bu parçanı bəzən "Qrizabella ariyası" adlandırırlar.
Ceyn Eyr (müzikl)
Ceyn Eyr - 2000-ci ildə çəkilən müzikldır. Yazıçı Con Kayrd, bəstəkarı isə Pol Qordandır.
Müzikl seminarı 1995-ci ildə ABŞ-nin Nyu-York şəhərində yerləşən "Manhattan Theatre Club" adlı klubda keçirilmişdir. Bu seminarda müzikl tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Müziklın ilk premyerası Kanadanın Toronto şəhərində "Royal Alexandra Theatre" adlı teatrda 1996-cı ildə keçirilmişdir. Rəsmi açılışı isə Nyu-York şəhərinin Manhetten bölgəsində yerləşən "Brooks Atkinson Theatre" adlı teatrda 10 dekabr 2000-ci il tarixində baş tutmuş və bağlanış mərasimi 10 iyun 2001-ci il tarixində son yetmişdir. "Ceyn Eyr" müziklın London premyerası "Royal Academy of Music" konservatoriyasında 2007-ci ilin iyun ayında keçirilmişdir.