Ottisk
Ottisk – [rus. tiskat – basmaq, sixmaq] 1)mətbəədə çap olunmuş materialların ayrıca nüsxəsi; 2)poliqrafik üsulla yerinə yetirilmiş təsvir; 3)çap surəti, basma – səthinə boyaq cəkilmiş çap formasının kağız və ya başqa material üzərində alınan izi. Poliqrafiya proseslərində keyfiyyətin yoxlanması üçün çıxarılan surətə nümunə ottiski, kütləvi şəkildə hazırlanan surətə isə tiraj ottiski deyilir.
R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.