NƏCDİLƏR

xarici təriqətinin ifrat qollarından birinin davamçıları olmuşdurlar. Təriqətin yaranması Nəcd ibn Üveymir adlı bir adamla bağlıdır. Nəcdilər də əzraqilər kimi xristian, yəhudi, eləcə də digər inanclarda olanların öldürülməsinə fətva vermişdirlər. Ancaq, nəcdilərdən fərqli olaraq onlara tabe olanlara toxunmurdular. Nəcdilərə görə xəlifənin ölkəni idarə etməsi vacib şərt deyil. İnsanlar öz aralarında dini qanunlar əsasında yaşaya bilsələr onda onlara dövlət başçısı lazım deyildir. Onların sayı az olduqda, onlar inanclarını gizlədərək təqiyyə də edirdilər. Nəcd ibn Üveymir başqa xaricilərdən fərqli olaraq bütün günahkar müsəlmanları kafir saymamışdır. O iddia edirdi ki, Allah onları da bağışlayacaqdır. O, yalnız günah edən və buna israr edənləri kafir saymışdır. Ancaq həmin adam günahında israrlı olmasa onda kafir olmaz. Zaman keçdikcə Nəcdin bir qrup tərəfdarları arasında ixtilaf baş vermişdir. Nəticədə, Nəcd öldürülmüş, təriqətə Əbu Füdeyk adlı bir kəs başçılıq etmişdir. Ancaq, sonra Əməvi xəlifəsi Əbdül-Malik ibn Mərvan onları darmadağın etmişdir. Nəcd ibn Üveymirə sadiq olan başqa qrup bir müddət daha fəaliyyət göstərmişdir.
NƏCAŞİ
NƏCMƏDDİN KÜBRA