nəfər
nəfərlik
OBASTAN VİKİ
Nəfər eli
Nəfər eli — Türk əsilli Azərbaycan tayfası. == Tarixi == Nəfər eli əvvəlcə qaşqayların tərkibində olub. Sonra isə ixtilaflar nəticəsində eldöndülük edərək müstəqil bir quruma çevrilmişdir. XIX əsrin 70-ci illərində baharlı, inallı, baseri və ərəb tayfaları ilə birlikdə Xəmsə elini yaratmışlar. == Qolları == Bədəkli oymağı Tatımlı oymağı Çonqarı oymağı Dəvəlixanlı oymağı Zamanxanlı oymağı Səttarlı oymağı Səncərli oymağı Şuli oymağı Çini oymağı Tatım oymağı Əraçi oymağı Qadlı oymağı Qubadlı oymağı Qarabacaqlı oymağı Qeydərli oymağı == Elin tanınmış nümayəndələri == Hüseyn xan Nəfər—Nadir şah Qırxlı-Avşar tərəfindən Baharlı oymağının kələntəri təyin edilmişdi. Məhəmmədtağı xan Nəfər—atası Hüseyn xandan sonra Nəfər elinin və Baharlı oymağının kələntəri. Ələkbər xan Nəfər—atası Məhəmmədtağı xandan sonra Nəfər elinin və Baharlı oymağının kələntəri. == Mənbə == Ənvər Çingizoğlu, Onlar neçə nəfərdilər? "Soy" dərgisi, №1 (34). Bakı, 2010.səh.42-45.
Hüseyn xan Nəfər
Yer üzündə iki nəfər (balet)
Yer üzündə iki nəfər (ru. Двое на этой Земле) — Arif Məlikovun "Metamorfozalar" simfonik poeması əsasında qurulmuş haqqında birpərdəli baleti. Libretto Robert Rojdestvenskiyə məxsusdur. Baletmeyster O. Vinoqradovdur. İlk dəfə 1969-cu ildə Mariinskiy teatrda səhnəyə qoyulub. == Tarixçə == == Məzmun == İlk baxışdan sevgi və ruhən birləşmək haqqındadır. == İstinadlar == == Mənbə == Муза Арифа Меликова. Азербайджанский конгресс.- 2009.- 11 сентября.- С. 12. Музыковед Айтен Ибрагимова: Ариф Меликов - яркая личность современности.
İki nəfər yolda (film, 1967)
"İki nəfər yolda" (ing. Two for the road) — rejissor Stenli Donenin filmi. == Məzmun == Film ər-arvad cütlüyündən bəhs edir. Nikah dağılma ərəfəsindədir. Onların bir yerdə yaşadıqları həyat tamaşaçıların gözü qarşısında tanışlıq məqamından etibarən göstərilir. Doğrudanmı onların hər ikisini Cənubi Fransada ovsunlayan həmin sevgi həmişəlik yoxa çıxıb? Amma bəlkə də hələ tam olaraq itib getməyib? == Mükafatlar və nominasiyalar == === Mükafatlar === ==== 1967-ci ilin "San-Sebastyan" beynəlxalq kinofestivalının mükafatı: ==== Qızıl Balıqqulağı Mükafatı – Stenli Donen === Nominasiyalar === ==== 1967-ci ilin "BAFTA" mükafatı: ==== Ən yaxşı Britaniya ssenarisi – Frederik Rafael ==== 1967-ci ilin "Oskar" mükafatı: ==== Ən yaxşı orijinal ssenariyə görə – Frederik Rafael ==== 1967-ci ilin "Qızıl Qlobus" mükafatı: ==== Komediya və ya müzikldə ən yaxşı qadın roluna görə – Odri Hepbern Ən yaxşı musiqiyə görə – Henri Mançini == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Frederik Rafael Rejissor : Stenli Donen Operator : Kristofer Çellis Bəstəkar : Henri Mançini Prodüser : Stenli Donen === Rollarda === Odri Hepbern – Coanna Volles Albert Finni – Mark Volles Eleanor Bron – Keti Mançester Uilyam Deniels – Hovard Mançester Klod Dofen – Moris Dalbre Nadya Qrey – Fransuaza Dalbre Jorj Deskrier – Devid Qabriel Middlton – Ruti Mançester Jaklin Bisset – Cekki == İstinadlar == == Xarici keçidlər == Two for the Road — Internet Movie Database saytında.
Bir məhəllədən iki nəfər (film, 1957)
Bir məhəllədən iki nəfər tammetrajlı bədii filmi rejissorlar İlya Qurin və Əjdər İbrahimov tərəfindən 1957-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyası və Maksim Qorki adına kinostudiyanın istehsalıdır. Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Əsas rolları Vadim Medvedev, Semyon Sokolovski, Fateh Fətullayev, İsmayıl Osmanlı və Tamara Kokova ifa edirlər. 1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayevə mükafat verilmişdir. == Məzmun == Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Filmdə dəqiq ünvan göstərilməmişdir. Bu ölkənin xalqı üçün sülh, milli istiqlaliyyət uğrunda mübarizə, müstəmləkəçilik əleyhinə mübarizə, hərbi bloklara qoşulmamaq deməkdir. Film qüvvə və həyatlarını bu mübarizəyə həsr edən adamların taleyi haqqındadır. == Festival və mükafat == 1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayevə mükafat verilmişdir.
Bir nəfər hamıya görə (film, 1989)
Bir nəfər hamıya görə qısametrajlı bədii filmi rejissor Murad İbrahimbəyov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yalançı liderin iç üzünü açıb göstərir. Əsas rolları İqor Kostalevski, Mixail Filippov, Vladimir Yermolayev, Yelena Romanova və Aleksandr Şarovski ifa edirlər. == Məzmun == Səhvə yol verilir. Əllərində etibarsız biletləri olan bir qrup təyyarə sərnişini yersiz qalır. Onlardan biri təşəbbüsü əlinə alıb şuluqluq salır. Bərk hiddətlənmiş cavan oğlan hamı üçün ədalət tələb edir... Lakin təyyarədə onun üçün yer tapılan kimi qəhrəmanın xeyirxahlıqdan coşmuş qəzəbi ani olaraq soyuyur. Film yalançı liderin iç üzünü açıb göstərir.
Hamı bir nəfər üçün (film, 1984)