naften

naften
naftalizol 2021
naftoxinin 2021
OBASTAN VİKİ
Naften neftləri
Naften neftləri — naften karbohidrogenlərinin üstünlük təşkil etdiyi neftlər. Bu neftlərdə metan karbohidrogenlərinin miqdarı aşağı fraksiyalarda maksimuma çatır, yüksək fraksiyalarda kəskin azalır, aromatik karbohidrogenlər isə əksinə, çoxalır. Naften neftləri tərkibində bərk parafin və neytral qətranların miqdarı cüzü olur, asfaltenlər isə çox vaxt olmur. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Naften turşuları
Naften turşuları — naften karbohidrogenlərinin karboksilli mono və politsiklik törəmələri. Ümumi düsturu CnH2n-1 COOH. Yağlı maye, bəzən bərk maddə olub, üzvi həlledicilərdə yaxşı, suda isə pis həll olur və ya həll olmur. Naften turşuları əsasən naften neftlərində və neft yataqlarının natrium-hidrokarbonat tipli sularında rast gəlinir. Bitumların tərkibində rast gələn yüksək molekulyar naften turşuları asfaltogen-naften turşuları adlanır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Значение слова в других словарях