NASSLAR
aydın olan, təfsir edilməyə və heç bir şərhə ehtiyacı olmayan Quran ayələridir. İlahiyyatçılar İslamda bu kimi ayələrin hökmlərini qanun sayır və onlara inanmağı vacib bilirlər. Nassları inkar edən, onlara başqa mənalar verənlər isə ağır günah işləmiş olur və İslamdan çıxırlar. Çünki, İslam inancının əsasları elə nassların üzərində qurulmuşdur. Onlara başqa mənalar verilsə, o zaman dinin əsası pozula bilər.