nağıl-rəvayət

nağıl-rəvayət
nağıl-pyes
nağıl-roman
OBASTAN VİKİ
Rəvayət
Rəvayət — bir hadisə, əhvalat haqqında nəsillərdən nəsillərə ağızda dolaşan, mövzusu çox zaman fövqəladə xarakter daşıyan qısa nağıl, hekayə. Rəvayətlərdə uzaq və yaxın dövrün tarixi həqiqətləri özünəməxsusluğu qorumaqla bədii təfəkkürə məxsus konkretliyi qoruyub saxlayır. Rəvayətlər konkret bir hadisəni, faktı əhatə edir və ibrətamiz bir sonluqla bitir. Rəvayətlər 2 cür olur: Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlər. Toponimlərlə (coğrafi ərazilərlə) bağlı rəvayətlər. Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlərə Nuh peğəmbər, Süleyman peyğəmbər, Astiaq, Tomris, Nadir şah, Makedoniyalı İsgəndər, Əmir Teymur və başqa ədəbi-tarixi şəxsiyyətlərin həyatına dair rəvayətləri misal göstərmək olar. Toponimlərlə bağlı "Şuşa", "Qırxqız", "Bayandur", "Qız qalası", "Dadməlik dağı", "Qarı dağı", "Sınıq körpü", "Bibiheybət", "Şuşa", "Xatun arxı" rəvayətləri isə yer adları ilə bağlı yaranmış rəvayətlərdir. Yazıçı və şairlərimiz yaradıcılığında bir çox hekayə, nağıl və poemalarda rəvayətlərdən yararlanmışlar. Cəfər Cabbarlı "Qız qalası", Mikayıl Müşfiq "Çoban", Səməd Vurğun "Aslan qayası" poemalarının, İlyas Əfəndiyev "Qarı dağı" hekayəsinin mövzusunu xalq rəvayətlərindən götürmüşdür. Rəvayətlər nə vaxtsa həqiqətən baş vermiş, lakin ağızdan-ağıza keçərkən ilkin dəqiqliyini, təfərrüatını itirmiş söhbətlərdir.
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.
Qar kraliçası (nağıl)
Qar kraliçası (dan. Snedronningen)— Hans Xristian Andersen tərəfindən 1844-cü ildə yazılmış nağıl.
Xeyirxah Nağıl (1986)
Film müdrik qoca sehrbazın yaratdığı çətinlikləri aradan qaldırıb nənəsinin arzusunu həyata keçirən balaca Zaur haqqındadır. 1)1991-ci ildə Bu filmlə yanaşı "Sehrli çıraq" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. Kukla filmidir.
Yatmış gözəl (nağıl)
Yatmış gözəl (nağıl) — ənənəvi Avropa nağılıdır. Nağılın 1697-ci ildə Şarl Perro tərəfindən nəşr edilmiş versiyası dərsliyə çevrildi. Nağılın Qrimm qardaşlarının versiyası da məlumdur. Aarne-Tompson təsnifatına görə, bu süjet 410 rəqəminə malikdir və süjeti fövqəltəbii qohumlar (kralın arvadı, baş qəhrəmanın ögey anası) üzərində qurulmuş nağıllara aiddir. Bu nağıl üçün çoxlu rəsmlər, baletlər, filmlər var. Kral və kraliçanın çoxdan gözlənilən qızı dünyaya gəlir və bir pəridən başqa krallığın bütün pərilərini bayrama dəvət edirlər - çünki o, yarım əsridi ki, öz qəsrindən ayrılmamışdı və hamı onun öldüyünü düşünürdü. Vəftiz ziyafətinin qızğın vaxtında çağırılmamış pəri peyda olur, ona elə gəlirdi ki, ona hörmətsizlik edilir, çünki onun üçün kifayət qədər qiymətli qab-qacaq qoyulmayıb. Çağırılmamış pərilərdən və digər birindən başqa, bütün pərilər şahzadəyə sehrli hədiyyələr təqdim etdikdə, qoca pəri Karabos şokedici kəhanətini söylədi: şahzadə barmağını cəhrənin iynəsinə sancaraq öləcək. Sonuncu pəri hökmü yumşaldır: “Bəli, şahzadə barmağını iynəyə sancacaq, amma düz 100 il yatacaq” (Perronun orijinal variantında şahzadənin adı çəkilmir). Padşah bütün cəhrələri və iynələri yandırmaq üçün fərman verir, amma boş yerə: 16 ildən sonra şahzadə şəhərdən kənar qəsrdə, kral fərmanı haqqında heç nə eşitməyən və ip əyirən yaşlı bir qadın tapır.
Xeyirxah nağıl (film, 1986)
Film müdrik qoca sehrbazın yaratdığı çətinlikləri aradan qaldırıb nənəsinin arzusunu həyata keçirən balaca Zaur haqqındadır. 1)1991-ci ildə Bu filmlə yanaşı "Sehrli çıraq" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. Kukla filmidir.
İki nağıl (cizgi filmi, 1962)
İki nağıl (rus. Две сказки) 1962-ci ildə Vladimir Suteyevin "Alma" və "Xilaskar çubuq" adlı nağılları əsasında çəkilib. «Две сказки» — Internet Movie Database saytında.
İtirilmiş vaxt haqqında nağıl (film, 1964)
İtirilmiş vaxt haqqında nağıl (rus. Сказка о потерянном времени) — rejissor Aleksandr Ptuşkonun 1964-cü ildə çəkdiyi sovet bədii filmi. Filmin baş qəhrəmanı tənbəl üçüncü sinif şagirdi Petya Zubovdur (Qrigory Plotkin). Vaxtını boş yerə keçirən Petya Zubov və digər 3 şagirdin vaxtları şər sehirbazlar tərəfindən "oğurlanır". Filmin əsas ideyası izləyicilərə vaxtı düzgün dəyərləndirmək və onu boş yerə xərcləməməyi çatdırmaqdır. Qriqori Plotkin — Petya Zubov, 3 "B" sinif şagirdi (səsləndirmə: Mariya Vinoqradova) Vera Volkova — Marusya Morozova Lidiya Konstantinova — Nadya Mixail Kulayev — Vasya Oleq Anofriyev — qoca Petya Lüdmila Şaqalova — qoca Marosiya Rina Zelyonaya — qoca Nadya Saveli Kramarov — qoca Vasya Sergey Martinson — Prokofi Prokofyeviç Georgi Vitsin — Andrey Andreeviç İrina Murzaeva — Anna İvanovna Valentina Telegina — Avdotya Petrovna Yuri Çekulaev — yük maşınının sürücüsü Vadim Qraçyov — Maslyuçenko, polis serjantı Yevgeni Morqunov — "Moskviç"in sahibi Qriqori Şpigel — "Təcili yardım"ın həkimi Yeva Sinelnikova — ququ quşu (səsləndirmə) Nina Qrebeşkova — Mariya Sergeyevna, 3 "B" sinfinin müəlliməsi Marqarita Jarova — pirojna satan Muza Krepkoqorskaya — Petyanın anası İtirilmiş vaxt haqqında nağıl — Internet Movie Database saytında.
İçəri şəhər-əbədi nağıl (film, 1984)
Rejissor: Vasif Babayev
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (ing. Pirates of the Caribbean: Dead Men Tell No Tales) — Öz bəxtini tükəndirən kapitan Cek Sərçə müəyyən edir ki, çoxdan dost olmayan qorxulu kapitan Salazar və ruh dəniz quldurları onun ovuna çıxıblar. Onların niyyəti kapitan Cek Sərçəni aradan qaldırmaq idi. Onlar təzəlikcə Şeytan üçbucağından qaçıblar və indi Cek daxil olmaqla bütün dəniz quldurlarını məhv etmək istəyirlər. Xilas olmağa yalnız qüdrətli artefakt – Poseydonun üçbaşlı əsası kömək edə bilər, hansı ki, öz sahibinə bütün dənizi idarə etmək bəxş edir. Poseydon yunan tanrısı olub, dənizi idarə edirdi, bunu etməsində əsası ona köməklik edirdi. Filmdə Conni Depplə bərabər Xavier Bardem, Brenton Tvaytes, Kevin R. McNally, Kaya Skodelario, Golşiftə Fərahani, Stefen Qraham və başqa məşhurlar rol alıb. Film 26 may 2017-ci ildə təqdim olunmuşdur.
Ağ atlı oğlan haqqında nağıl (film, 1986)
Ağ atlı oğlan haqqında nağıl qısametrajlı sənədli filmi rejissor Rauf Nağıyev tərəfindən 1995-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Cəmşid Naxçıvanski adına hərbi məktəb şagirdlərinin həyatından və təhsilindən bəhs edir. == Məzmun == Film Cəmşid Naxçıvanski adına hərbi məktəb şagirdlərinin həyatından və təhsilindən bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ramiz Duyğun, Rauf Nağıyev Rejissor: Rauf Nağıyev Operator: Rəşid Nağıyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev (film, 2015)
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə kinorejissor, operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin xatirəsinə həsr olunur. Filmdə "Bir ailə", "Arşın mal alan", "Fətəli xan", "Doğma xalqıma", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Bir qalanın sirri", "Bizim küçə", "Sehrli xalat", "İstintaq davam edir", "Qərib cinlər diyarında" filmlərinin kadrlarından istifadə edilmişdir. Xronoloji: Filmdə "Arşın mal alan" filminin ekranlara 1944-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1945-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Uzaq sahillərdə" filminin ekranlara 1957-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1958-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Bir qalanın sirri" filminin ekranlara 1958-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1959-ci ildə ekranlara çıxmışdı.
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... (film, 2012)
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... — rejissor Elvin Vəlimətovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə görkəmli kinooperator, rejissor və ssenarist, Azərbaycanın əməkdar incəsənət xadimi Rasim İsmayılovun xatirəsinə həsr olunur. Filmdə "Səma ilə görüş", "Dağ meşəsindən keçərkən", "Yenilməz batalyon", "Sevil", "Yeddi oğul istərəm...", "Axırıncı aşırım", "Gün keçdi", "Nəsimi", "Dədə Qorqud", "Sevinc buxtası", "Babək", "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", "Sizi dünyalar qədər sevirdim" filmlərinin, eləcə də "Danışan işıqlar" cizgi filminin kadrlarından istifadə edilmişdir.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1950)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1959)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (film, 2017)