Qeyri-maddi aktivlər
Qeyri maddi aktivlərin — uçotu hesablar planında aşağıdakı hesablardan istifadə edilir.
101 n-li Qeyri-maddi aktivlər – dəyəri
102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi
103 n-li Qeyri-maddi aktivlər üzrə xərclərin kapitalizasiyası
Qeyri maddi ativlərin hesablara daxil edilməsi 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın debitinə, könələmə hesablanması zaman meydana gələn könəlmə məbləği 102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi adlı hesabın kreditinə, silinən köhnəlmə məbləği isə hesabın debitinəd qeyd edilir. 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın tərkibinə alt hesablar kimi aşağıda qeyd olunan hesabları da əlavəetmək vacibdir.
1.10.101.001 n-li Təcrübə konstruktor işləri – dəyəri
1.10.101.002 n-li Qudvil – dəyəri
1.10.101.003 n-li Proqram təminatı – dəyəri
1.10.101.004 n-li Patentlər – dəyəri
1.10.101.005 n-li Müəlliflik hüquqları – dəyəri
1.10.101.006 n-li Lisenziyalar – dəyəri
1.10.101.007 n-li Ticarət markaları – dəyəri
Burada qeyri maddi aktilər kimi təcrübə konstruktor işləri, qudvil, proqram təminatı, müəlliflik hüquqları, lisenziyalar, ticarət markaları uçota alınır.
Qeyri maddi aktivlər müəyyən və qeyri müəyyən faydalı istifadə müddətinə malik aktivlər kimi qruplaşdırılır. Mühasibat uçotunun 102 nömrəli hesabında müəyyən istifadə müddətinə malik qeyri maddi aktivlərin amortizasiyası hesablanır. Müəyyən faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiyası həyata keçirilmir, onların faydalı istifadə müddəti hər il yenidən qiymətləndirilir. Deməli belə aydın olur ki faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiya qadağandır.