NIGHTS

adv amer. d.d. gecələr; to work ~ gecələr işləmək, gecə növbəsində işləmək

NIGHTMARE
NIGHTWEAR
OBASTAN VİKİ
One nights not enough
One Night's Not Enough (azərb. Bir gecə kifayət etmir‎) – C. C. Catch tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. Mahnı klipinin olmasına baxmayaraq bir çox ölkələrin hit-paradlarında yüksək mövqe qazanmışdır.
Five Nights at Freddy's
Five Nights at Freddy's (FNaF) — Skott Kouton tərəfindən yaradılmış videooyunlar seriyası və media franşizası. FNaF video oyun seriyası 8 avqust 2014-cü ildə ilk seriyasının buraxılmasından sonra böyük populyarlıq əldə etmişdir. Videooyunların əsas seriyası doqquz oyundan ibarətdir. Oyunlar "Freddy Fazbear's Pizza" adlı ailəvi pizza restoranlarında keçir. Restoran öz adını baş qəhrəman Freddy Fazbear adlı animatronik ayıdan alır. Bir çox oyunda oyunçular restoran və ya əyləncə parkı kimi bir yerdə gecə növbəsində çalışan işçi vəzifəsini öz üzərinə götürürlər. Gecələr bu yerlər canlanan və işçiyə zərər verməyə çalışan animatronik personajlarla dolur. Oyunçuların özünü qorumaq üçün istifadə edə biləcəkləri təhlükəsizlik kameraları, işıqlar, qapılar və havalandırma dəlikləri kimi bir çox alətləri olur. Kameralara nəzarət etməklə və bu alətlərdən ağıllı istifadə etməklə, oyunçular animatroniklərin ofisə girməsinin qarşısını almalıdırlar. Oyunun hekayəsi, oyunda tapılan səs yazıları, mini oyunlar və gizli sürprizlər (pasxa yumurtası) vasitəsilə yavaş-yavaş üzə çıxır.
Five Nights at Freddy's (videooyun)
Five Nights at Freddy's (FNaF) — Skott Kouton tərəfindən 2014-cü ildə hazırlanmış və yayımlanmış survival horror janrında videooyun. Pizza restoranında keçən bu oyunda oyunçular gecə növbəsində çalışan mühafizəçi Mayk Şmidti idarə edirlər. Şmidt gecə saatlarında canlanan qatil animatroniklər tərəfindən yaxalanmadan iş növbəsini tamamlamalıdır. Oyunçu animatroniklərdən qorunmaq üçün kameralara nəzarət etməli və qapıları kilidləməlidir. Oyunçular bu alətləri istifadə edərkən ehtiyatlı olmalıdırlar, çünki hər istifadədə elektrik enerjisi azalır və oyunçunun sahib olduğu enerji bitərsə bu alətlər artıq yararsız hala düşür. Məşhur oyun seriyasının yaradıcısı Skott Kouton əvvəlki oyunu olan "Chipper & Sons Lumber Co" haqqında bildirilən mənfi rəylərə cavab olaraq bu oyunu yaradıb. Bu oyun oyunçuların narazılığına səbəb olmuşdu, onlar oyundakı personajların qorxuducu animatroniklərə oxşadığını düşünürdülər. Bunu görən Kouton məyus olmaq əvəzinə, parlaq bir fikir irəli sürdü, beləliklə FNaF ortaya çıxdı. "Five Nights at Freddy's" oyunu Clickteam Fusion 2.5 adlı oyun mühərrikinin köməyilə yaradılmışdır. Oyunun hazırlanması altı ay çəkib.