NİMFALAR

сущ. нимфы (в греческ. мифологии – женские божества природы, живущие в горах, лесах, морях и т.п. )
NİMFA
NİMRU
OBASTAN VİKİ
Nimfalar
Nimfalar ya Nimfa (yun. Νύμφη, "həddi-büluğa çatmış qız", "gənc qız"; lat. nympha) — yunan mifologiyasında təbii ruh və ya təbiət hadisələrinin qız cildində canlanmış ruhları. Nimfalar adətən təbiət qoynunda: meşələrdə, bulaqlarda, dağ və yamaclarda məskən salıb yaşayarmışlar. satirlər kimi nimfalar da yer səthində baş verən təbii hadisələrin ruhlarıdırlar. Rəvayətə görə onlar təbiət qoynunda Panın müşaiyəti ilə nəğmələr oxuyar, rəqs edər, Artemida ilə ova çıxar və Dionisin təşkil etdiyi kef məclislərində iştirak edərdilər. Hərdən insanlarla ünsiyyətə girərək qəhrəmanlarla sevişərmişlər. Dağlarda yaşayan nimfalar oreadlar, meşə və ağaclarda məskən salmış nimfalara diriadlar və hamadriadlar, bulaqlarda yaşayan nimfalara nayadalar və dəniz nimfaları isə nereidalar adlandırılır. Təbiət gözəlliklərinin tərənnümçüləri olan nimfalar incəsənət əsərlərində bənzərsiz dağınıq saçlara malik rəqs edən, nəğmə oxuyan və çələng toxuyan, bəzən yarı çılpaq gözəl qadın simasında təsvir edilirlər.
Nimfalar (Buqro)
Nimfalar (ing. The Nymphaeum) — Vilyam Buqronun çəkdiyi rəsm əsəri. Yağlı boya ilə kətan üzərində işlənmiş əsər 1878-ci ildə Parisdə tamamlanmşdır. Əsərdə gölməçədə çimən və əylənən mifik qəhrəmanlar - nimfalar təsvir edilmişdir. Buqro digər oxşar mövzulu əsərlərindən fərqli olaraq bu əsərdə tünd rəngli boyalara üstünlük vermişdir.
Nimfalar və Satir
Nimfalar və Satir (ing. Nymphs and Satyr) — tanınmış rəssam Vilyam Buqro tərəfindən 1873-cü ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsər 1873-cü ildə Parisdə tamamlanmışdır. Bir il sonra impressionistlər Buqronun stilindən tamamilə fərqlənən əsərlərdən ibarət sərgi təşkil etdilər. Əsər on doqquzuncu əsrin sonlarında Sterling Klark tərəfindən Nyu-York şəhərində, "Hoffman House Hotel"in barında aşkarlanmışdır. Klark yenidən kəşf etdiyi bu əsəri 1930-cu ildən 1943-cü ilə kimi özündə saxlamışdır. Əsər hazırda Massaçusets ştatının Vilyamstaun şəhərində Klark Mədəniyyət İnstitutunun muzeyində sərgilənir. Əsərdə gölməçədə çimən dörd nimfa və onları xəlvətcə güdən bir satir təsvir edilmişdir. Şəkildə, nimfalardan üçünün satiri gölməçəyə doğru çəkdiyi, digər birinin isə başqa nimfaları da onlarla birgə əylənçməyə çağırdığı görünür.