Nobilitet
Nobilitet və ya nobillər (lat. Nobilis – adlı-sanlı, hörmətcil; nobilitas – əyan) — Roma Respublikasında patrisi və varlı plebey ailələrinin məhdud dairəsi. E.ə. III əsrin əvvəlində formalaşmışdır. Ən mühüm dövlət vəzifələrinə yalnız nobilitetin nümayəndələri seçilirdilər, lakin nobillər sırasından müxalifətçi xadimlər də çıxırdı. Nobilitetin Roma demokratiyasınıın bəzi rəhbərləri də mənsub idilər. Sonralar əvvəlki rolunu itirmişdir. Daha geniş mənada özünü "xalqa" və ya "qara camaat"a qarşı qoyan "əyanlar" anlayışını ifadə edir.
Adam Afzelius: Zur Definition der römischen Nobilität in der Zeit Ciceros. In: Classica et Mediaevalia 1, 1938, 40–94.