noma 2021

noma
nom 2021
nomadizm 2021
OBASTAN VİKİ
Hiroşi Noma
Hiroşi Noma (野間宏, Noma Hiroşi, 23 fevral 1915, Kobe – 2 yanvar 1991[…], Tokio[d]) – Yaponiya yazıçısı. O, Yaponiyada "postmüharibə ədəbiyyatı"nın qurucusu hesab olunur. == İlk illəri == Hiroşi Noma 1915-ci ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Elektrikçi olan atası Şinranın təlimlərini qəbul edən buddizm hərəkatının lideri idi. Nomanın 10 yaşında olanda atası ölmüşdür. Noma 1932-ci ildə Kioto Üçüncü Ali Məktəbinə daxil olmuşdur. Burada fransız simvolist poeziyasına maraq göstərmiş və Fyodor Dostoyevski, Andre Jid, Marsel Prust və Ceyms Coys kimi yazıçıların əsərlərini öyrənmişdir. Simvolist şair Katsutaro Takeuçinin rəhbərliyi altında şeirlər yazmağa başlamışdır. Noma 1935-ci ilin aprelində Kioto Universitetinin fransız ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Həmin il Takeuçinin ölməsi onda şok təsiri buraxmışdır.
NoMad (Manhetten)
NoMad (ing. "North of Madison Square Park"), Medison Skver Norz (ing. Madison Square North) kimi də tanınır — Nyu-York şəhəri Manhetten borosunun Medison Skver Norz tarixi rayonunda yerləşən rayon. 1999-cu ildən istifadə edilən rayonun NoMad adı Medison Skver parkının şimalında yerləşməsi ilə əlaqəlidir. Rayonun cənub sərhədi 25-ci küçə, şimal sərhədi Şərqi 29-cu və ya 30-cu küçələr, qərb sərhədi Altıncı prospekt və şərq sərhədi Medison və ya Leksinqton prospektlərində yerləşir. Qonşu rayonları içərisində qərbdə Çelsi, şimal qərbdə Midtaun Manhetten, şimal şərqdə Mari Hill, şərqdə Rouz Hill və cənubda Fletayron yer alırlar. NoMad Manhettenin 5-ci dairəsinin bir hissəsidir. Feirstein, Sanna (2001). Naming New York: Manhattan Places & How They Got Their Names. New York: New York University Press.
Nomadizm
Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi. Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı. Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar. Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir.
Noman Çələbi Cihan
Noman Çələbi Cihan (1885, Çirki[d], Tavriya quberniyası[d], Rusiya imperiyası – 23 fevral 1918, Sevastopol, Rusiya) — Krım Tatar əsilli xadim. Noman 1885-ci ildə Krımın quzeyində, Canköy yaxınlığındakı Büyük Sunak kəndində yaşayan İbrahim Çələbinin ailəsində doğulub. Onu kənd məktəbinə göndəriblər, lakin məktəb hökumət tərəfindən qapadıldığından o təhsilini bölgədəki Akçokra mədrəsəsində, sonra isə Ağməsciddəki, yəni indiki Simferopoldakı Rüştiyyə və Bağçasaraydakı məşhur Zincirli mədrəsədə davam etdirib. Onun dünyagörüşünün formalaşmasında Mustafa Əfəndinin rolu böyük olub. Təhsil illərində İsmayıl bəy Qaspıralının "Tərcüman", Rəşid Mediyevin "Vətən xadimi" qəzetlərini və İstanbuldan gələn kitabları diqqətlə oxuyan, rus dili öyrənən və bu dil vasitəsilə inqilabçıların əsərlərini oxuyan, onların mitinqlərdəki çıxışlarını dinləyən Noman üsyankar bir ruhda böyüyüb. 1905-ci il inqilabı, inqilab nəticəsində bəzi islahatların həyata keçirilməsi, çarın xalqın xeyrinə bəzi güzəştlərə getməsi gənc Nomanı daha da ruhlandırıb. İmperya güclərindən xalqını qurtarmaq, haqsızlı-ğa, qanunsuzluğa son qoymaq üçün yollar axtarıb. Yeniyetməykən Krımda və İstanbulda nəşr olunan qəzetlərə məqalələr yazan Noman qohumları Əbdülhalim Çələbi və Əbubəkir Çələbinin maddi yardımıyla 1906-cı ildə təhsilini davam etdirmək üçün İstanbula gedir. Orada Mər-can İdadisində oxuyaraq dini biliklərini dərinləşdirir. Sonra universitetin hüquq fakültəsində təhsilini davam etdirir.
Noman Çələbicihan batalyonu
Noman Çələbicihan batalyonu (ukr. Батальйон імені Номана Челебіджіхана, Krım tatarca: Noman Çelebicihan Batalyonı) — Krım Xalq Respublikasının sədri olmuş Noman Çələbi Cihanın şərəfinə adlandırılmış, Krım tatarlarından ibarət batalyon. Batalyon Krımın anneksiyasında sonra 2015-ci ildə formalaşdırılıb və 18 sentyabr 2016-cı ildə qurulduğunu elan edib. Əsasən Krım sərhəddindəki Xerson bölgəsində fəaliyyət göstərirlər. 560 üzvü olan batalyon Krımın sərhəddində yerləşən Ukrayna Dövlət Sərhəd Mühafizəsi Xidmətinin dəstəsinə kömək göstərir.
Nomarx
Nomarx (q.yun. νομάρχης, q.misir ḥrj tp ꜥꜣ; mənası – Böyük rəis) — nomun hökmdarı. Çarın canişini olan nomarx öz nommu ərazisində inzibati aparata, məhkəməyə və orduya başçılıq edirdi. "The Nomes (provinces) of Ancient Egypt". Philae.nu. 2 iyun 2010 tarixində arxivləşdirilib.