nqanasan 2021

nqanasan
nizəyəoхşar
no-frost
OBASTAN VİKİ
Nqanasan dili
Nqanasan dili — nqanasanların dili. Köhnə adlanması — tavgiy dili və ya tavgiy-samoyed dili. Rusiya Federasiyasının Krasnodar diyarının Taymır rayonunun Ust-Avam, Voloçanka və Novaya qəsəbələrində məskunlaşıblar. Samodi dillərinin şimal qrupuna aiddir. 2010-cu ildə 862 nəfər nqanasanlıdan 125-i bu dildə danışa bilirdi. Bütün nqanasanlılar rus dilində, bəziləri isə dolqan və enes dilində danışırlar. Bir birini başa düşən avam və xataqan ( vadeyev) dialektinə bölünür. Hal-hazırda nqanasan dili dolqan dili tərəfindən assimilyasiya olunur. Bu dildə əsasən 60 yaşından yuxarı insanlar danışır. Nqanasan dili Rusiyada yerli azsaylı xalın dili statusuna malikdir.
Nqanasanlar
Nqanasanlar (nqan. нгана́саны́) — Sibirdəki yerli Somoedlərə daxil olan xalq. Nqanasan (nanas, nanasan - insan) termini 1930-cu illərdə sovet dilçiləri tərəfindən bir çox şimal xalqlarına məlum olan "insan" sözünün endo-etnonim kimi səhv istifadə edilməsi nəticəsində ortaya çıxır. Nqanasanlar Krasnoyarsk diyarının Taymır rayonunun şərqində və Dudinka şəhər administrasiyasına tabe olan ərazidə yaşayırlar. Nqanasanlar Avrasiyanın ən şimal xalqdır. 1940-1960-cı illərdə köçəri həyat tərzindən oturaq həyata keçid planının həyata keçirilməsi ilə əlaqədar olaraq, keçmiş köçərilərin yaşadığı əsas yerlərdən cənubda, Dolqan etnik ərazisində Ust-Avam, Voloçanka, Novaya kəndləri salındı. Hal-hazırda Nnanasanların əksəriyyəti bu kəndlərdə cəmləşmişdir. Yalnız Dudıpta çayının yuxarı axınlarında tundrada ov və balıq ovu "nöqtələrində" təxminən 100 nəfər yarıköçəri həyat tərzi yaşayır. Rusiyada əhali nqanasanların sayı 862 nəfərdir. Rusiyada XX əsrdə Nqanasan əhalisinin artım dinamikası: 1929 - 867 nəf, 1959 - 748, 1970 - 953, 1979 - 867, 1989 - 1262, 2002 - 834, 2010 - 862.