nukleotid

nukleotid
nukleoproteid 2021
nukleotidlər
OBASTAN VİKİ
Nukleotid
Nukleotid — nuklein turşularının monomeridir. DNT-Dezoksiriboza Nuklein Turşusu. RNT- Ribo Nuklein Turşusu DNT və RNT-nin nukleotidləri öz quruluş tərkibinə görə oxşardırlar. Hər bir nukleotid möhkəm kimyəvi rabitələrlə birləşən üç komponentden təşkil olunmuşdur. RNT-nin tərkibinə daxil olan hər bir nukleotid beşkarbonlu şəkər — ribozaya; azotlu əsas adlanan adenin, quanin, sitozin, urasil (A,Q,S,U) adlanan dörd üzvi birləşmənin birindən və fosfat turşusu qalığından təşkil olunmuşdur.DNT-də isə nukleotidlərdən yalnızca fərqli olanı Timindir. Timin Urasilin əvəzləyicisidir. Nukleotidlər birləşərək DNT və ya RNT-nin nukleotid zəncirini əmələ gətirir.DNT iki, RNT isə bir nukleotid zəncirindən ibarətdir. Nukleotid zəncirində bütün nukleotidlər birbiri ilə birləşmir.Yalnızca uyğun olanlar birləşir: Quanin-Sitozin ilə, Adenin-Timin,Urasil ilə birləşir. Quanin və Adeninin kütlə payı Sitozin,Timin və Urasildən daha çoxdur. RNT,DNT-dən kopyalanaraq yaranır.Kopyalanma zamanı RNT,DNT-nin nukleotidlərinin kombinasiyasına uyğun olaraq ayrılır.Amma tam əks olaraq.Yəni, DNT- S A Q S T T A, RNT-Q U S Q A A U olaraq kopyalanır.