nöqtəvi

nöqtəvi
nöqtəvari
nöqtəvi-müstəvi
OBASTAN VİKİ
Nöqtəvilik
Nöqtəvilik—Sufi təriqəti. XVI əsrdə Azərbaycanda nöqtəvilik (nöqtəviyyə) yayılmışdı. Azərbaycanda onun nümayəndələri Budaq bəy Din oğlu Ustaclı, həkim Süleyman Səvaci və b. olmuşlar. Bəzi tədqiqatçılara görə nöqtəvilik hürufilikin qoludur. Təlimin banisi Fəzlullah Nəiminin ən yaxın şagirdlərindən və ardıcıllarından biri, sonralar baxışları ustadının baxışlarından fərqlənən Mahmud Pasihani idi. Bu təlim də dünyanı (aləmi) əzəli olaraq mövcud sayır, dünyada olan bütün varlıqları sonda nöqtəyə çevrilən birlikdə (vəhdətdə) görürdü. Bu nöqtə də öz növbəsində yerlə eyniləşdirilir. Nöqtəvilik təlimində Mehdinin – insanları dünyanın şərindən və zorakılıqdan qurtaracaq xilaskarın gələcəyinə inam böyük yer tutur; insan ilahiləşdirilir, ona öz taleyini və dünyanın taleyini həll etmək qabiliyyəti aid edilir. Təlimin tərəfdarları da bütün başqa dinləri təkzib etdikləri kimi, islam dinini də təkzib edirdilər.