NƏKİB

Məhəmməd peyğəmbərin varislərinin işləri ilə məşğul olan müsəlmanlar idilər. Məhəmməd peyğəmbərin soyu onun qızı Fatimə və Əli ibn Əbu Talibin evliliyindən törəmişdir. Bu evlilikdən onların iki oğlu Həsən və Hüseyn doğulmuşdur. Həsəndən törəyənlər şəriflər, Hüseyndən olanlar isə seyidlər adlandırırlar. Onların müsəlman cəmiyyətində böyük nüfuzu və sayğısı vardır. Abbasi və Osmanlı xilafətlərində Məhəmməd peyğəmbərin varislərinin işləri ilə məşğul olan xüsusi qurumlar da olmuşdur. Bu qurumlarda işləyən nəkiblər onların problemlərini çözmüş, nəsil şəcərəsini öyrənmiş, doğum illərini kitablara salmışdırlar. Bu insanlara sədəqə və zəkatlardan pay ayrılır və dövlət onlara xüsusi maaş da kəsirdi. Abbasi xəlifələri Harun ər-Rəşid və Məmunun hakimiyyəti dövründə şəriflər və seyidlər yaşıl sarğılı geyimdə gəzirdilər. Bu geyim onları digər müsəlmanlardan ayırırdı. Sonra bu adət ortadan qaldırılmışdır. Ancaq, bir müddət keçdikdən sonra onu Misirin məmlük başçıları dirçəltmiş, daha sonra isə Osmanlı Sultanları davam etdirmişdirlər.
NƏFS
NƏKİB

Значение слова в других словарях