NƏSRANİLƏR
İsa peyğəmbərə və onun gətirdiyi kitaba inanmış dini icmanın ardıcıllarıdırlar. Belə ki, İsa peyğəmbərin dini nəsranilik adlanmışdır. Bu söz Quranın 2-ci surəsinin 62-ci ayəsində qeyd edilmişdir.
Müsəlman ilahiyyatçılarının çoxuna görə bu din Məhəmməd peyğəmbərin gəlişinə qədər həqiqət dini olmuş, İslamın gəlişindən sonra isə ortadan qalxmışdır. Ancaq, nəsranilikdə birlik olmamış, onlar İsa peyğəmbərin qeybindən sonra bir neçə yerə parçalanmışdırlar.
Bir neçə əsrdən sonra Roma imperiyasında yayılmış nəsraniliyin bir qolu Xristianlıq adlandırılmış və imperiyanın rəsmi dininə çevrilmişdir. Bundan sonra başqa nəsrani təriqətləri təqib edilib ortadan qaldırılmışdır.