oda-simfoniya

oda-simfoniya
oda
odabaşı
OBASTAN VİKİ
Oda
Oda — lirik şeir və musiqi janrı. Bir şəxsin, yaxud mühüm, təntənəli hadisənin şərəfinə yaradılan şeir, mahnı. Qədim Yunanıstanda və Romada yaranmış (Pindar, Horatsi, Ovidi), klassizm dövründə Qərbi Avropada geniş yayılmışdı. M.B.Lomonosov, Q.R.Derjavin, A.N.Radişşev, K.F.Rıleyev, A.S.Puşkin və başqa rus şairləri vətəndaşlıq ruhlu odalar yazmışlar. XIX–XX əsrlər poeziyasında oda janr kimi tədricən aradan çıxmış, sovet şeirində ara-sıra işlənmişdir (V.Mayakovski və başqaları). Yaxın və Orta Şərq, eləcə də Azərbaycan ədəbiyyatındakı qəsidə odaya yaxındır. XVII əsrdən Qərbi Avropa ölkələrində saray şənlikləri, hər hansı təntənəli hadisənin, yaxud əyanın şərəfinə yazılmış vokal-instrumental əsər də oda adlanmışdır. İngiltərədə (H.Pörsell, G.Hendel), Almaniyada (İ.Bax, L.Bethoven) kantataya yaxın odalar yaranmışdır. Sonralar müxtəlif heyətlər, o cümlədən xalis instrumental heyət üçün odalar yazılmışdır (F.List, J.Bize, İ.Stravinski, S.Prokofyev və başqaları). Azərbaycan bəstəkarlarından Cahangir Cahangirov, R.Mustafayev, Emin Sabitoğlu və başqalrının odaları var.
Simfoniya
Simfoniya [yun. symphonia – ahəngdar] - Orkestr üçün yazılmış bir-birindən sürət və ahənginə görə fərqlənən, adətən 3-4 hissəli böyük musiqi əsəri.
Eyiçiro Oda
Eyiçiro Oda (yap. 尾田 栄一郎) — ən çox One Piece manqasının müəllifliyinə görə tanınan yapon manqaka. == Həyatı == Eyiçiro Oda özü iddia edir ki, dörd yaşında əsl peşədən uzaq olmaq üçün, manqaka olmağa qərar verib. Ona ən çox Akira Toriyama və onun Dragon Ball manqa serialı təsir edib. O, həmçinin qeyd edir ki, dəniz quldurluğla marağını Viking Viki animesi yaradıb. 17 yaşı olanda, Odanın Wanted! manqası bir sıra mükafat, o cümlədə Tedzuka mükafatın ikinci yeri almış. Bu ona Weekly Shōnen Jump jurnalında işləməyə imkan verib. Bundan əvvəl isə o, bu jurnalın müəlliflərdən onan Şinobu Kaitaniyə Suizan Police Gang, Masaya Tokuhiroya isə Jungle King Tar-chan və Mizu no Tomodachi Kappaman manqaları ilə köməkçilik edirdi. Oda Nnabuiro Vatsukiyə Rurouni Kenshin manqası ilə də köməkçilik edirdi.
Oda (1990)
Kinolent həyatın mənası, yaradıcılıq haqqında fəlsəfi düşüncələrdir. Filmdə dahi bəstəkar Bethovenin 9-cu simfoniyasından sevinc odası səslənir. Rejissor: Vahid Talıbov, Rafiz İsmayılov Ssenari müəllifi: Rafiz İsmayılov Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov, Hüseyn Cavid İsmayılov Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 368-370.
Oda Nobunaqa
Oda Nobunaqa (yapon織田 信長 ) 23 iyun 1534 – 21 iyun 1582) Yaponiyanın birləşdirilməsi üçün böyük işlər görmüş Orta əsrlər yapon sərkərdəsi. Yaponiyada 34 il yaşamış və dəfələrlə Oda Nobunaqa ilə qarşılaşmış portuqaliyalı missioner Luiş Froiş, onu barəsindəki təəsuratı belə təsvir edir: " Bu orta boylu, incə quruluşlu, seyrək bığlı və məlahətli səsi olan adam idi. O şöhrətsevər və təkəbbürlü idi, lakin ədaləti sevirdi, kim tərəfindən olsa da təhqiri cavabsız qoymazdı. Eyni zamanda çox istiqanlı və mərhəmətli idi. Az yatırdı. Tez oyanırdı. Gözü tox idi. Həmişə gizli hərəkət edərdi. Hərbi işdə çox çevik və bacarıqlı, hirslənəndə səbirsiz, lakin tez soyuyan idi. O demək olar ki heç vaxt təbəələrinin məsləhətlərinə qulaq asmazdı.
Oda Teatrı
Oda Teatrı — Bakıda yerləşən müstəqil teatr. Teatr yarandığı ilk vaxtlarda müxtəlif məkanlarda tamaşalar göstərib. Daha sonra Bakə şəhəri, Topçubaşov küçəsi, 38 ünvanında yerləşən zirzəmidə məskunlaşan teatr Azərbaycanda ilk zirzəmi teatrı olaraq fəaliyyətini davam etdirib. Fəaliyyəti dövründə problemlərlə üzbəşən teatr hətta bir müddət fəaliyyətini dayandırıb. Hazırda teatr Bakı şəhər, Dilarə Əliyeva küçəsi, 141 ünvanında yerləşir. ODA 2-ci mövsümünü amfiteatr quruluşunda həyata keçirib. Teatrının təsisçi və bədii rəhbəri Elmin Bədəlovdur. Müxtəlif təzyiqlər nəticəsində 2015-ci ilə qədər ODA 4 dəfə məkanını dəyişib. Daha sonra teatr adını dəyişib "ADO Theatre - Collective" edib (Azərbaycan Dağınıq Oda teatrı). Ətraflı: ADO.AZ Teatr fəaliyyət göstərdiyi dövr ərzində Rumıniya dramaturqu Matey Vişnekin “Səncə döyəcəklər?”, Qoqolun “Evlənmə”, Samir Sədaqətoğlunun "İtən vaxt"(mono tamaşa), Pərviz Bəşərdüstün "Arzular bağı", Somerset Moemin “Qisas” hekayəsi əsasında hazırlanan “Xəyali Qisas”, Peter Turrininin “Axır ki, qurtardıq” əsəri əsasında hazırlanan “Suicide”(İntihar), Sien Ekerin əsəri əsasında hazırlanmış "Apokalipsis", Müzəffər İzgünün "Sərhəd" əsəri əsasında "Tikanlı məftillər" və pantomim "MimOda 18+" tamaşalarını səhnələşdirib.
Sakunosuke Oda
Sakunosuke Oda (織田 作之助, Oda Sakunosuke, 26 oktyabr 1913, Osaka – 10 yanvar 1947, Tokio[d]) – Yaponiya romançısı. Osaka şəhərini və İkinci Dünya müharibəsindən sonrakı Yaponiyanı təsvir edən əsərlər yazmışdır. Osamu Dazainin dostu olmuşdur. == İlk illəri == Sakunosuke Oda 1913-cü ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. Ailəsi balıq alveri ilə məşğul olurdu. Kiotoda yerləşən Üçüncü liseydə təhsil alsa da, məzun ola bilməmişdir. == Yaradıcılığı == Oda 1937-ci ildə Kiotoya köçmüş, Stendal və İhara Saykakudan təsirlənərək nostalji romanları yazmağa başlamışdır. Osaka şəhərinin gündəlik həyatını və insanlarını əks etdirən əsərlər ortaya çıxarmışdır. 1939-cu ildə yazdığı "Zakuşu" hekayəsinə görə Akutaqava mükafatına namizəd göstərilmişdir. 1940-cı ildə yazdığı və uğur qazanmış "Cütlüyün yaxşı uğuru" (Meoto zenzay) əsərinin adı Osakada yerləşən bir şirniyyatdan dükkanından gəlir.
Oda (film, 1990)
Kinolent həyatın mənası, yaradıcılıq haqqında fəlsəfi düşüncələrdir. Filmdə dahi bəstəkar Bethovenin 9-cu simfoniyasından sevinc odası səslənir. Rejissor: Vahid Talıbov, Rafiz İsmayılov Ssenari müəllifi: Rafiz İsmayılov Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov, Hüseyn Cavid İsmayılov Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 368-370.
Müqəddəs oda yanaram
Kino əsərinin mövzusu insanın daxilən, mənən təmizlənməsi, onun özünə və cəmiyyətə qayıtması haqqındadır. Filmin qəhrəmanı buna bir neçə dəfə yolunu azandan sonra nail olur. Süjetin mərkəzində qələm və kağızı tullayıb siyasətə qoşulan istedadlı yazıçı durur. Lakin bir gün o, başını qaldırıb başa düşür ki, artıq bir sətir belə yaza bilmir. Yalnız bir sıra mənəvi və əxlaqi təmizlik mərhələlərindən keçəndən və gözəl Zəhraya (Həmidə Ömərova) rast gələndən sonra Zaur (Füzuli Hüseynov) yenidən yaradıcılığa qayıtmağa, alicənab olmağa özündə qüvvə tapır...
Sevinc üçün oda
"Sevinc üçün" oda (alm. An die Freude‎) — Fridrix Şiller tərəfindən 1785-ci ildə yazılmış oda. 1786-cı ildə Leypsiqdə çıxan "Taliya" jurnalında nəşr edilmişdir. Oda 1793-cü ildə yenidən işlənmiş və sonradan müxtəlif bəstəkarlar tərəfindən bir neçə dəfə ona musiqi bəstələnmişdir. Ən məşhuru 1823-cü ildə Bethoven tərəfindən bu oda üçün bəstələnmiş və məşhur 9-cu simfoniyaya daxil edilmiş musiqidir. 1972-ci ildə Avropa Şurasının, 1985-ci ildən isə Avropa Birliyinin (1993-cü ildən Avropa İttifaqının) rəsmi himni kimi qəbul edilmişdir. 1974-cü ildə bu melodiya əsasında Cənubi Rodeziya dövlət himni " Daha yüksək səslən, Rodeziyanın səsi " qəbul edildi.
Beşinci simfoniya
Beşinci simfoniya (Bethoven)
Birinci simfoniya
Birinci simfoniya (Qara Qarayev)
Doqquzuncu simfoniya
Doqquzuncu simfoniya (Motsart)
Dördüncü simfoniya
Dördüncü simfoniya (Part)
Nizami (simfoniya)
Nizami simfoniyası — azərbaycanlı bəstəkar Fikrət Əmirovun 1947-ci ildə Nizami Gəncəviyə həsr etdiyi simli orkestr üçün simfoniya. Dahi şair Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniya şairin anadan olmasının 800 illiyi münasibətlə yazılmışdır. Bəstəkar simfoniya üzərində dəfələrlə işləmiş, onun ikinci və üçüncü redaksiyalarını yaratmışdır. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar şairin obrazına ehtiramla yanaşır və ona xüsusi münasibət bəsləyir ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət və romantik ruh verir. Eyni zamanda simfoniya özunün fəlsəfi mənası və lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Bu cəhət son illərdə yazılmış bir çox əsərlərin musiqisinə xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görə də musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır. Simfoniya dörd hissədən ibarətdir. Ayrı-ayrı hissələrin formaları, bir çox inkişaf üsulları, şübhəsiz, klassik simfoniya ilə əlaqənin olduğunu göstərir.
Üçüncü simfoniya
Üçüncü simfoniya (film, 1968)
İkinci simfoniya
İkinci simfoniya (Qara Qarayev)
Əbədiyyət (simfoniya)
"Əbədiyyət" — bəstəkar Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi 8-ci simfoniyasıdır. İlk dəfə 2004-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə, Ü.Hacıbəyov adına Azərbaycan Simfonik orkestrinin və solist Rəşidə Behbudovanın ifası ilə səslənmişdir. Simfoniyada yeni musiqi ilə yanaşı Arif Məlikovun vokal musiqisindən də istifadə olunub. “Əbədiyyat” simfoniyası şərti olaraq üç bölümdən ibarətdir. Əsər Nazim Hikmətin sözlərinə yazılmış altı romansla başlayır və Almas Yıldırımın sözlərinə yazılmış “Azərbaycan” balladası ilə bitir. Orta bölmədə yeni, lakin simfoniyanın ümumi dramaturgiyasına xələl gətirməyən musiqi materialı səslənir. Bəstəkar əsərdə xalq musiqisindən, xüsusilə Heydər Əliyevin çox sevdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından bəhrələnib. Arif Məlikovun Ədəbiyyat qəzetinə müsahibəsindən: "Heydər Əliyev üzünü mənə tutub: "Arif, yaxşı olar ki, sən buranın (Məkkənin) əzəmətinə layiq böyük bir simfonik əsər yazasan" - dedi. Geri döndükdən sonra "Əbədiyyət simfoniyası"nı yazdım. Mən o əsəri Heydər Əliyevə həsr etdim.
Müqəddəs Oda Yanaram (1991)
Altıncı simfoniya (Motsart)
Motsartin altınci simfoniyası Volfqanq Amadey Motsart tərəfindən 1767-ci ildə (müəlifin 11 yaşı var idi) yazılmışdır. Müəlifin avtoqrafı olan əlyazma hazırda Polşanın Krakov şəhərində yerləşən Yagellon universitetinin Kitabxanasında saxlanılır.. == Tarixi və ilk ifası == 11 yaşlı Motsart simfoniyanı Vyanada yazmağa başlamış, lakin 1767-ci ilin payızında şəhərdə çişək epidemiyası tüğyan etdiyinə görə onlar ailəliklə Moraviya şəhəri olan Olomoutsa köçməyə məcbur olmuşlar. Ailə xəstəlikdən qaçsa da, balaca Motsart çiçək xəstəliyinə tutulmuşdur. Olomouts universitetinin rektoru qraf Podstatski onun müalicəsini təşkil etmiş və 2 ay sonra Motsart sağalmışdır. 30 dekabr 1767-ci ildə Brno şəhərində Zalsburq arxiyepiskopunun qardaşı qraf Şrattenbaxın təşkil etdiyi konsertdə ilk dəfə olaraq Motsartın altıncı simfoniyası səsləndirilmişdir. Bu konsertdə Motsartın bacısı, 15 yaşlı Mariya Motsart da ifaçı kimi iştirak edirdi. Yerli din xadimi öz qeydlərində yazırdı ki, şəhərin "Taverna" adı ilə məlum olan binasında Brno sakinləri üçün təşkil olunmuş musiqili konsertdə Zalsburqdan olan 11 yaşlı oğlanın və onun 15 yaşlı bacısının müxtəlif musiqi alətlərindəki ifaları ilə iştirakçıları necə heyran etdiklərinin şahidi oldum. Bu hadisə münasibətilə hazırda da hər il Brno şəhərində 11 yaşlı gənc pianoçuların müsabiqəsi təşkil olunur.. == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir.
Onuncu simfoniya (Motsart)
Onuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən İtaliyaya ilk səfəri zamanı, 1770-ci ildə bəstələnmişdir. Motsart bu simfoniyanı Milanda karnaval zamanı bəstələməyə başladı və bir neçə ay sonra Boloniyada başa çatdırdı. Simfoniyanın əlyazmasında birinci cümlənin sonunda Motsart ("Finis Laus Deo") Tanrıdan təriflər yazmışdı, lakin əlyazmada əsərin yazılma tarixi barədə heç bir qeyd yoxdur. Buna görə konkret dövr müəyyən deyil: Köxel kataloqunun altıncı nəşrində (1964) simfoniyanın tarixi ilə bağlı yalnız bir qey vardır: "ehtimal ki, 1770". Simfoniya bir italyan uvertürası şəklindədir və 2 hissədən ibarətdir. Simfoniyanın ifa müddəti təxminən 9 dəqiqədir. Allegro, 3/4 Andante, 3/8 Allegro, 2/4 G-Dur, 2/4-Takt, 129 Takte Jean Massin və Brigitte Massin , Motsart , Fayard, coll. "Musiqinin əsasları",1 st Sentyabr 1990, 1270 səh. ( ISBN 978-2-213-00309-2 ) , səh. 642 (en) Neal Zaslaw və William Cowdery , Mozart'ın mükəmməlliyi : Wolfgang Amadeus Mozartın musiqi əsərlərinə bələdçi , New York, WW Norton & Company ,1990, 350 səh.
Otuzuncu simfoniya (Motsart)
Otuzuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən 5 may 1774-cü ildə Zalsburqda tamamlanmışdır. 1773-1774-cü illərdə Zalsburqda yazılmış digər simfoniyalarda olduğu kimi, Motsart 30-cu simfoniyanın əlyazmasında yazılma tarixini tanınmaz bir hala salmışdır. Tədqiqatçıların fikrincə, Volfqanq Amadey Motsartın bu əsəri plagiat müəlliflərdən qorumaq üçün onun daha əvvəllər yazılmış bir əsər olması təsəvvürünü yaratmaq idi. Simfoniya 4 hissədən ibarətdir.
Qırxıncı simfoniya (Motsart)
Simfoniya No.40 Sol minor, K.550 — bəstəkar Volfqanq Amadey Motsartın ən məşhur əsərlərindən biri. Əsər 39-cu simfoniyadan üç həftəö sonra, 1788-cü ilin 31 iyulunda tamamlanmışdır. Simfonik orkestrə fleyta, iki qoboy, iki klarnet, iki faqot, iki valtorna, birinci və ikinci skripka, alt, violonçel və kontrabas daxildir. Simfoniya klassik sonata-simfonik dövrdür. Dörd hissədən ibarətdir: Allegro Andante Menuetto ― Trio Allegro assai Birinci, ikinci və dördüncü hissələr sonata şəklində, üçüncü - üçlü bir kompleks üç hissəli formada yazılmışdır. Birinci hissə, 4/4 miqdarında, bənövşələrin harmonik rəqəmləri ilə başlayır, alt və kontrabas tərəfindən dəstəklənir, sonra skripkaların əsas hissəsi: Birinci hissənin musiqisi folklorun təsiri ilə qeyd olunur. Xüsusilə, Serbiya xalqı arasında məşhur olan kiçik rəqsdə əsas partiyaya çox yaxın bir mövzu səslənir. Y.A.Kremlev, "Slavyan folkloru Vyana intonasiyalarının musiqi fondunda ciddi rol oynadığı üçün bu faktın özü, ümumiyyətlə, təəccüblü heç nə yoxdur" deyə yazır " Mi-bemol major və 6/8 nisbətində yavaş ikinci hissə. Üçüncü hissə (minuet), G minor açarında, 3/4 ölçüsü var. Mürəkkəb ritmik yazı ilə hərəkətli bir sürətlə, orta hissədən (trio) fərqli olaraq, G Major-da eyni düymədə yazılmış, daha rahat bir templə, sətir və külək qrupları (klarnet olmadan) mübadilə olunur.
Səkkizinci simfoniya (Motsart)
Səkkizinci simfoniya — simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1768-ci ildə ailə Vyanadan Zalsburqa qayıtmamışdan bir az əvvəl yazılmışdır. Simfoniyanın əlyazması hazırda Berlində Preusischer Kulturbesitz kitabxanasında saxlanılır. Simfoniya 4 hissədən ibarətdir. Simfoniyanın ifa müddəti təxminən 15 dəqiqədir. Allegro, 3/4 Andante, 2/4 Menuetto və Trio, 3/4 Molto allegro, 12/8 Ноти на IMSLP Kenyon, Nicholas: The Pocket Guide to Mozart Pegasus Books, New York 2006 ISBN 1-933648-23-6 Zaslaw, Neal: Mozart's Symphonies: Context, Performance Practice, Reception OUP, Oxford 1991 ISBN 0-19-816286-3 Jean Massin və Brigitte Massin , Motsart , Fayard, coll. "Musiqinin əsasları",1 st Sentyabr 1990, 1270 səh. ( ISBN 2-213-00309-2 ) , səh. 613 (en) Neal Zaslaw və William Cowdery , Mozart'ın mükəmməlliyi : Wolfgang Amadeus Motsartın musiqi əsərlərinə bələdçi , New York, WW Norton & Company ,1990, 350 səh. ( ISBN 0-393-02886-0 ) , səh. 172 (en) Neal Zaslaw , Motsartın simfoniyaları: Məzmun, Performans Tətbiqi, Qəbul , Oksford, Clarendon Press,1991 ( ISBN 0-19-816286-3 ) , səh.
Otuz ikinci simfoniya
Otuz ikinci simfoniya bu mənaları ifadə edə bilər: