ongünlük
onixiya
OBASTAN VİKİ
Onxoserkoz
Onxoserkoz (çay korluğu) — filarioz qrupuna aid olan, dərialtı düyünlərin əmələ gəlməsi, dərinin və gözlərin zədələnməsi ilə xarakterizə olunan helmintoz. Ümumdünya Səhiyyə Təşkilatı bu patologiyanı unudulan xəstəliklər qrupuna daxil etmişdir. == Etiologiya və epidemiologiyası == Xəstəliyin törədicisi Onchocerca volvulus adlı helmintdir. Helmintin uclarına doğru incələn saplı bədəni var, dişilərdə təxminən 35–50 mm, erkəklərdə isə 19–42 mm, eni 0,27–0,40 mm (dişilərdə) və 0,130–0,210 mm (erkəklərdə) olur. Parazit qurd Simulium növünə aid olan hünülərin dişləmələri ilə yayılır. İnfeksiya baş verməzdən əvvəl adətən bir çox dişləmələr olur. Bu hünülər çayların yaxınlığında yaşayır, buna görə də xəstəliyin adı çay korluğudur.Yetkin qurdlar insanın limfa düyünlərində məskunlaşır, burada dişilər mikrofilariya adlanan çoxlu sürfələr həyata gətirir. Mikrofilariyanın bir hissəsi görmə orqanının bütün toxumalarına nüfuz edərək insan gözünə daxil olur. Göz almasında onlar iltihab, qanaxma və nəticədə görmə itkisinə səbəb olan digər ağırlaşmalara səbəb olurlar. Yoluxmuş insanın dərisi şiddətli qaşınır, səpir və zədələnir.Dünyada 18 milyona yaxın onxoserkoz xəstəsi var, onlardan təxminən 600 minində xəstəlik görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə azalmasına və ya tam korluğa səbəb olub.
азо́т взыска́ться вспа́рхивать за́инька зана́шивание ку́ртаг лесо... обозначе́ние поко́с препоя́сать руднико́вый ста́ршенький короты́ш на беду́ недиссерта́бельный обводня́ть почи́ночный предста́вить с расчётом на старозаве́тный эльдора́до counteraccusation moorish Yildiz Kiosk сладкозвучный