orijinallıq
orionid
OBASTAN VİKİ
Oriqami
Oriqami — (折り紙 origami) Yaponca "ori" (qatlamak) ve "qami" (kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir.Kağızdan hazırlanan fiqurların incəsənətidir. Çin mədəniyyəti mənşəlidir. Əksərən kvadratşəkilli kağız parçalarını kəsmədən və yapışdırıcı maddə istifadə etmədən, sadəcə qatlayaraq müxtəlif canlı və cansız fiqurlar düzəldilir. Kəsmənin istifadə olunduğu növə kiriqami deyilir Çində bu sənət I və ya II əsr zamanından günümüzə qədər gəlməkdədir. Yaponiyadakı ilk nümunələri isə Heian dövrünə rast gəlməkdədir (794–1185). Bu dövr Yaponiyanın qızıl çağı olaraq da adlandırırlar. Bu dövrdə kağız qatlama sənəti festival və mərasimlərdə bəzək olması məqsədiylə olduqca inkişaf etmişdir. Ağ kağız gizli və müqəddəs elementləri saxlamaq məqsədiylə istifadə edilərdi və hələ də bəzi məbədlərdə istifadə edilməkdədir. Əsas Edo (1600–1868) dövründə Origami sənəti inkişaf etmiş və yaradılan yeni qəliblərlə xalq tərəfindən də bu, bir əyləncə sənəti olaraq mənimsənmiş və məşhurlaşməşdır. Kabuki və ukiyo-e kimi sənətlərin yanında Origamidə öz yerini tapmışdır.