Osteit
Osteit (qədim yunan dilindən ὀστοῦν - sümük) sümük toxumasının, o cümlədən, insan skeleti sümüklərinin iltihabını xarakterizə edən xəstəlikdir. Osteit olduqca geniş yayılmış bir xəstəlik növüdür. Lakin onun təmiz forması, sümük iltihabı çox nadir hallarda rast gəlinir və demək olar ki, bütün elementləri - periosteum, sümük və sümük iliyi bu prosesdə iştirak edir. Düzgün diaqnoz və müalicə ilə tam sağalma şansı vardır.
Osteitin bir neçə növü ayırd edilmişdir.
qeyri-spesifik osteit - müxtəlif xəsarətlər, sınıqlar və ya ekstremal halların , o cümlədən düzgün aparılmayan sümük əməliyyatının nəticəsidir.
spesifik osteit - müxtəlif bakteriya və viruslar (vərəm, sifilis və s.) tərəfindən sümük zədələnməsinin nəticəsidir.
kəskin osteit - sümüklərin məhvi;
xroniki osteit - sümük proliferasiyası
Eksudatın xarakterinə görə isə aseptik və irinli olaraq ayrılırlar.
Osteitin yalnız iki səbəbi vardır. Bunlardan birincisi infeksiya və zədədir.