OTAQLI

прил. имеющий комнату для жилья
OTAQCIQ
…OTAQLI
OBASTAN VİKİ
Otaqlı
Otaqlı (Kəlbəcər)
Otaqlı (Kəlbəcər)
Otaqlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci il 25 noyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Otaqlı kəndi Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Qilıcli kəndindən aynlmiş ailələr Otaq adlanan köhnə tagbənd bir alaçıq ətrafında saldıqlarına görə belə adlandırılmişdir. Həmin tagbənd otaq kənddə indi də qalır. Kənd ağsaqqallarının söylədiklərinə görə bir kişi öz oğlunu evləndirəndən sonra gəlin qocalara yaxşı baxmadığına görə, oğlanın atası oğluna və gəlninə onun evində yaşamalarına icazə vermir. Oğlan yaşayış yeri axtararkən meşədə üstü açıq olan köhnə tağbənd bir tikiliyə rast gəlir. Oğlan bu binanın üstünü örtüb öz ailəsi ilə orada məskən salır. Ona görə də kəndin adı otaqlı adlanır.
Otaqlı (Şahindej)
Otaqlı (fars. اطاقلو‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Otaqlı (Damal)
Otaqlı — Türkiyənin Ərdəhan ilinin Damal ilçəsində kənddir. Əhalisi 384 nəfərdir (2021). Kənddə Ələvi məzhəbli müsəlman türkmənlər yaşayır.

Значение слова в других словарях