OVÇULUQ

I
сущ.
1. охота, занятие охотника. Ovçuluq ilə məşğul olmaq заниматься охотой
2. охотничий промысел (добывание птицы, зверя и т.п. ловлей, охотой). Xəzli heyvan ovçuluğu пушной промысел, balıq ovçuluğu рыболовный промысел
II
прил. охотничий. Ovçuluq təsərrüfatı охотничье хозяйство, ovçuluqatıcılıq (stend) idmanı стрелково-охотничий (стендовый) спорт, dövlət ovçuluq fondu государственный охотничий фонд
OVÇUBAŞI
OVÇUOTU
OBASTAN VİKİ
Ovçuluq
Ovçuluq — quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra — vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü Ov obyekti qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləri olur. Balıq və su canlıları ovu - Kürk ovçuluğu — kürkləri qiymətli heyvanların ovunu nəzərdə tutur. Məsələn, qunduz, porsuq, tülkü, vaşaq, canavar və s.; Boynuz (diş) ovçuluğu — fil, dağkeçisi, maral kimi heyvanların ovu nəzərdə tutulur; Quş (qartal, şahin və s.) və ya it ilə ovlanma; Tələ ilə ovlanma Heyvanat aləmi resurslarının ovçuluq təsərrüfatında istifadə olunan hissəsi (həmçinin idman və rekreasiya ovu). Heyvanların optimal sayını populyasiya səviyyəsində saxlamaq üçün maksimal miqdarda ov məhsulları almaq məqsədilə vəhşi heyvanların və quşların əldə olunmasını təmin edən təsərrüfat sistemi. O.t. vəhşi heyvan və quşların coğrafi və mösümi xüsusiyyətlərinin uçotu ilə yanaşı ov müddətləri və üsulları müəyyən etmişdir. Təhlükəli ov üsulları, çoxalma və balaların yemlənməsi dövründə faydalı heyvanların ovlanması və s. qadağan edilmişdir. Qiymətli vəhşi heyvan növlərini mühafizə edən və çoxaldan qoruqlar, qoruq-ovçuluq təsərrüfatları təşkil edilmişdir.
Azərbaycanda ovçuluq
Azərbaycanda ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərir. Son illər bu sahəyə maraq daha da çoxalmışdır. Ovçuluq – quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Ov obyekti — qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləridir. Azərbaycan ərazisində ovlanmasına icazə verilən heyvan növləri aşağıdakılardır: · Dağıstan turu · Çöl donuzu · Dovşan · Bataqlıq qunduzu (nutriya) — Nutriya təsərrüfatları olan təşkilatlar · Cüllüt (qırıldayan cüllüt, ağquyruq çökükburun, kiçik kroşnep və çöl hamaquyruq cüllütü istisna olmaqla) · Qaz (ağqaş və qırmızıdöş qaz istisna olmaqla) · Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmərcürə istisna olmaqla) · Qaşqaldaq · Alabaxta · Bildirçin Ovlanma vaxtı == Ovçuluq təsərrüfatları == Cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və onların sanitariya-mühafizə zonalarında ov fəaliyyətinin həyata keçirilməsi qadağandır.
Ovçuluq xalçaları
Ovçuluq xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Süjetli və mövzulu xalçaların toxunması qədim tarixə və çox zəngin ənənələrə malikdir. Bizim torpaqlarda sujetli xalçalar tarixən ölkənin cənubunda, Təbriz şəhərimizdə toxunub. Təbrizdə süjetli xalçaların istehsalının çoxalması XVI yüzilliyə təsadüf edir. Elə Təbriz Miniatur məktəbinin inkişaf dövrü də məhz bu dövrə aiddir. Tərixi araşdırmalar göstərir ki, bu məktəbin rəssamları miniatür rəngkarlığı ilə yanaşı həm də dekorativ sənətin bir çox növləri (bədii parça, memarlıq ornamentləri, zərgərlik nümunələri və s.) üçün eskiz və cizgilər hazırlayıblar Həmin rəssamlar eyni zamanda çox dəyərli, bədii xalçalar üçün bəzək və rəsmlər, müxtəlif ov, savaş, eşq və məhəbbət, saray həyatına həsr olunmuş kompozisiyalar da yaradırdılar. Süjetli xalçalar başlıca olaraq şəkil kimi divardan asılmaqdan ötrü toxunurdu. Onların toxunmasında yüksək keyfiyyətli yun, zərif iplik istifadə edilirdi. Yüksək sıxlıq və zərif xov bu xalçaları fərqləndirən əsas amillərdən idi Sujetli xalçalara o zamanlar həm də "Ovçuluq" xalçaları deyilirdi. Səbəbi isə sadə idi.
Qartal ilə ovçuluq
Qartal ilə ovlamaq, Avrasiya çölündə tapılan, qədim türk xalqları tərəfindən tətbiq olunan ənənəvi ovçuluq formasıdır. Bu gün Qazaxlar və Qırğızlar tərəfindən çağdaş Qazaxıstan və Qırğızıstandan, habelə Monqolustanın Bayan-Ölqiy vilayətində və Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda ovda qartallardan istifadə olunur. Bu bölgələrin əhalisinin ən çox berqutlarla ovlamaqla məşhur olsalar da, şimal qırqovulları, şahin, ütəlgi qızılquşlar və bir çox digər quşalrı əhliləşdirməsi məlumdur. Həm qazax, həm də qırğız dilində ümumilikdə yırtıcı quşlarla ov edənlər və qartallarla ov edənlər üçün ayrıca terminlər mövcuddur. Qazax dilində həm qusbegi, həm də sayatşi ümumilikdə ovçulara aiddir. Qusbegi qus ("quş") və bek ("ağa") sözlərindəndir, beləliklə sözün əsl mənası "quşların ağası" kimi tərcümə olunur. Köhnə türk dilində kus begi, sarayın şahin ovçusunun qiymətləndirəni rolunu əks etdirən xanın ən hörmətli məsləhətçiləri üçün istifadə edilən ad idi. Sayatşi, türk dilində peşəkar adlar üçün istifadə edilən sayat ("şahinlik") sözündən və -şi şəkilçisindən əmələ gəlir. Eramızın 936-45-ci illərində Mançuriyadan olan köçəri bir xalq olan Xitaylar Şimali Çinin bir hissəsini fəth etdilər. 960-cı ildə Çin Sun sülaləsi tərəfindən fəth edildi.
Azərbaycan ovçuluq inancları
Azərbaycan ovçuluq inancları — azərbaycanlıların mifik inanclarına və adət-ənənələrinə görə ovçuluqla bağlı inanclar, ov zamanı icra edilən rituallar və s. == İnanclar == Azərbaycan türklərinin ovçuluq inancları ilə Sibir Altay türklərinin mərasim və inancları bir-birinə bənzərdir. Azərbaycan ovçuluq inanclarına görə ovçular həm fiziki, həm əxlaqi baxımdan təmiz olmalı, ova çıxan adam haram yeməməli, yalan danışmamalı və pislik etməməlidir. Ovçular öz fəlakətlərini və ya xoşbəxtliyini əvvəlcə yuxuda görürlər. Kumandıların əfsanələrində və Azərbaycan türklərinin ovçuluq miflərində, nağıllarında yuxu motivi vacibdir. Hekayələrin birində ovçu pis yuxu görər, yuxuda "ova gəlmə!" deyilər. Lakin ovçu yuxuya məhəl qoymaz və dostları ilə ova çıxar. Ovçu evdən çıxandan sonra birdən hava soyuyar, sel basar. Üç gündən sonra ovçunun cəsədi tapılar. Ovçular ov zamanı heyvanların adını çəkməz, onlara xüsusiyyətlərinə uyğun yeni ad verərlər.

Значение слова в других словарях