PALAZQULAQ

I
прил.
1. лопоухий (имеющий большие оттопыренные уши)
2. простореч. о крупной купюре
II
сущ.
1. лопоухий, лопоухая
2. зоол. ушан (летучая мышь с большими ушами)
PALAZCIQ
PALAZQULAQLIQ
OBASTAN VİKİ
Palazqulaq
Palazqulaq (lat. Plecotus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi.
Boz palazqulaq
Boz palazqulaq (lat. Plecotus austriacus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin palazqulaq cinsinə aid heyvan növü. == Xarici görünüşü == Xarici görünüşcə qonur palazqulağa çox oxşayır, tüklərində boz rəngin olması ilə ondan fərqlənir. == Yayılması == Arealı Avropanı, Şimali Afrikanı əhatə edərək, Fələstindən və Kiçik Asiyadan keçməklə Qərbi Çinə qədər uzanır. Qafqazda boz palazqulaq mozaik şəklində yayılmışdır. Azərbaycanda ilk dəfə 1981-ci ildə Qusar rayonunun Anıx kəndində 1100 m hündürlükdə tapılmışdır.
Qonur palazqulaq
Qonur palazqulaq (lat. Plecotus auritus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin palazqulaq cinsinə aid heyvan növü. Əsas əlamətləri bütün cinsin əlamətlərinə uyğundur. Bədənin uzunluğu 40–50 mm, çəkisi isə 6–12 qramdır. Xəzin rəngi bədənin üst tərəfində açıq sarıdan tünd-boz və qonurvari-boz rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi üst tərəfinə nisbətən açıqdır. Arealı Avropa və Asiya ərazisində olan cinsin arealına uyğundur. Səhraları çıxmaq şərti ilə Avroasiyanın hər yerində 60–63 dərəcə şimal en dairəsinə qədər yayılmışdır. Azərbaycanda bu növə Böyük və Kiçik Qafqazda təsadüf olunur. Adi növ olmasına baxmayaraq, sayca çox deyildir.

Значение слова в других словарях