PALEOİQLİMŞÜNASLIQ

Yerin geoloji və tarixi keçmişinin iqlimi haqqında elm. Paleocoğrafiyanın mühüm sahəsi olub stratiqrafiya, paleontologiya, geomorfologiya, paleobotanika, paleozoologiya və s. elmlərlə sıx əlaqədardır. Yaxın geoloji dövrlərin iqlimi müasir coğrafi landşaftın vəziyyətinə, ağacların illik halqalarına, son yüzilliklərdə aparılan müşahidələrə və s. görə təyin edilir. P.-nın əldə etdiyi məlumatlar gələcəyin iqlim proqnozunu verməyə imkan yaradır.
PALEOCOĞRAFİYA
PALEONTOLOGİYA
OBASTAN VİKİ
Paleoiqlimşünaslıq

Значение слова в других словарях