palingenez 2021
palinologiya
OBASTAN VİKİ
Palingeneziya
Palingeneziya— alman filosofu Artur Şopenhauerin, insanın heç vaxt ölməməsi, yeni fərdlərdə özünü yenidən göstərməsi haqda nəzəriyyəsidir. Eyni zamanda, Şopenhauer reinkarnasiyanın bəlli bir ruhun köçməsi ilə bağlı əsas müddəalarını rədd edir. Palingeneziya nəzəriyyəsi onun “Dünya iradə və təsəvvür kimi” kitabının ikinci cildində, xüsusən də “Ölüm və onun varlığımızın sarsılmazlığı ilə əlaqəsi” fəslində öz əksini tapmışdır. Palingeneziya insanlar arasındakı məkan sərhədlərini metafizik baxımdan əhəmiyyətli hesab edir, yəni bir insan məkanda iki və ya daha çox yerdə eyni vaxtda mövcud ola bilməz. Palingeneziya termininin özünə ilk dəfə Əhdi-Cədiddə rast gəlinir — παλιγγενεσία — və rus dilinə ya dirilmə, ya da yenidən doğulma kimi tərcümə olunur. Digər tərcümələrdə bu termin Wiedergeburt və regeneratio kimi səslənir. == Ümumi xarakteristikası == Şopenhauer öz essesində iddia edir ki: Şopenhauer bədən parçalandıqdan sonra fərdi "Mən"in bütün xatirələri ilə birlikdə mövcud olmasının mümkünlüyünü inkar edirdi. Beynin məhvi şəxsiyyətin tamamilə məhv edilməsi deməkdir. Digər tərəfdən, hər bir insanın özünəməxsus iradəsi məhvə məruz qalmır. Bədənin parçalanmasından sonra insanın iradəsi qalır və zaman keçdikcə bu iradə yeni bir intellektual qabıqda mövcud olur.