Paniranist Partiyası
Paniranist Partiyası (fars. :حزب پانایرانیست, transliterasiya: Ḥezb-e Pān-Irānist) — İranda mövcud olmuş və paniranizmə əsaslanmış kiçik müxalifət partiyası. Partiya qeydiyyatdan keçirilməsə və texniki olaraq qadağan edilsə də, İran daxilində fəaliyyətini davam etdirməkdədir.
Pəhləvi sülaləsinin hakimiyyəti dövründə partiya parlamentdə təmsil edilirdi və rejim daxilində pari-müxalif partiya hesab edilirdi. Partiyanın fəaliyyətinə göz yumulsa da, 1971-ci ildə İranın Bəhreynin müstəqilliyini tanımasından sonra partiya buna etiraz etdi və buna görə də, fəaliyyətinə icazə verilmədi. Partiya öz fəaliyyətini sonlandırmağa və 1975-ci ildə yaradılmış Dirçəliş Partiyasına (farca: حزب رستاخیز ملت ایران, transliterasiya:Ḥezb-e Rastaxiz Mellət İran) qatıldı.
Paniranist Partiya zaman-zaman İranda millətçi partiyalardan biri olan Milli Cəbhənin dəstəkçisi olmuşdur. Partiya əsas ideologiyası etibarilə millətçi bir partiya idi. Mahiyyət etibarilə kommunizmə qarşı olan partiya, buna görə tez-tez Tehran küçələrində Tudə Partiyası tərəfdarları ilə kütləvi toqquşmalara girməkdə idi. 1940-cı illərin kontekstində partiya "dünyəvi untranasionalizm" tərəfdarı, 1960-cı illərdə isə "dünyəvi millətçi" partiya kimi təsvir edilir.