Azərbaycan Dövlət Pantomim Teatrı
Azərbaycan Dövlət Pantomim Teatrı — Bakıda fəaliyyət göstərən teatr. Azərbaycan teatr tarixində ilk pantomim teatr.
== Tarixi ==
16 may 1994-cü ildə Azərbaycan mədəniyyət nazirinin sərəncamı ilə "Dəli yığıncağı" Pantomim Teatr-Studiyası kimi yaranmış və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişdir.
2000-ci ildə "Dəli yığıncağı" pantomim teatr-studiyasına Dövlət statusu verilib.
Azərbaycanda Pantomim teatrının əsasını qoyan Azərbaycan Xalq Artisti Bəxtiyar Xanızadədir.
== Aktyor heyəti ==
Nargilə Qəribova, Elnur İsmayılov, Ceyhun Dadaşov, Səbinə Hacıyeva, Bəhruz Vaqifoğlu, Əli Əlizadə, Əflatun Abdullayev, Nurlan Rüstəmov, Səbirə Həsənova, Rafiz Mehdizadə, Taleh Yüzbəyov, Solmaz Bədəlova, Ləman Hüseynli, Vüsal Rzasoy, Elçin Əfəndi, Elxan Şahalıyev, Leyla Atayeva, Nuridə Musabəyli,Ramiz İsmayılov, Cavad Nuriyev, Elnur Rzayev
== Tamaşaları ==
"Ümid" -S. Bekket /"Bir aktyor üçün mim"/ — pantomim,
"Pantomim buketi" — B. Xanızadə — pantomim,
"Karol xofu" — S. Mrojek – eksperimental tamaşa,
"Gəldim ki, olam ğəmin hərifi" — M. Füzuli "Leyli və Məcnun" poeması əsasında – pantomim balet,
"Şəngül, Şüngül, Məngül" — M. Musabəyov – divertisment –tamaşa,
"Manqurt" -Ç, Aytmatov /"Gün var əsrə bərabər" povestinin motivləri əsasında/ — pantomim,
"Dulusçu" — Ü. Hacıbəyov /"Biz nə tövr iş görürük?" fleytonu əsasında/- pantomim,
"Zibillik pərvanələri" — B. Xanızadə — pantomim,
"Eşq" — B. Xanızadə (V. Şekspirin sonetləri əsasında plastik düşüncə),
"Balaca şahzadə" — Antuan de Sent Ekzüperi –nağıl –tamaşa,
"Maska" — Zaur Zeyanlov – pantomim,
"Çərçivə" — Ə. Abdulayev – pantomim,
"Dejavü" — S. Hacıyeva – pantomim və s.
== İstinadlar ==
== Mənbə ==
"Milli mimçilər". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 42–43.
== Xarici keçidlər ==
pantomima.az — Rəsmi saytı
Can Azerbaycan-Pantomima Teatri
Elman Rəfiyev: "Pantomima Teatrında müvəffəqiyyətsiz tamaşa yoxdur"
Pantomim-də söyüş qazanan qızlar… Arxivləşdirilib 2016-02-25 at the Wayback Machine
Diqqət: şərh verilmir!