papaqaldıqaç
papaqcıq
OBASTAN VİKİ
Papaqatdı
Papaqatdı – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlardan biridir. == Oyunun qaydaları == Bu oyunda beş-on nəfər uşaq iştirak edir. Onlardan birini sanama üsulu ilə molla(başçı) seçirlər. Sonra oyun aşağıdakı kimi davam edir. Molla var qüvvəsilə əlində tutduğu papağı havaya tullayır. Eyni zamanda, uşaqlar aşağıdakı sözləri xorla deyirlər ki, buda oyunun qaydalarından bildirir: Hələ papaq havada olarkən, yerə düşəndə onu götürəcək oyunçunun adı çəkilir. Qaydaya görə, papağı havada tutmaq olmaz. Papaq yerə düşən kimi adı çəkilən oyunçu cəld onu yerdən qaldırıb üç dəfə durduğu yerdə fırlanmalı (ola bilər ki, papağı üç dəfə başı üzərində fırlatsın) və qaçıb ətrafa səpələnməyə çalışan uşaqları papaqla vurmalıdır. Papaq yerə düşməyincə uşaqlar qaça bilməzlər. Papaq hansı oyunçuya dəysə, o gəlib adı çəkilənin yerini dəyişməlidir.