PAPAVERİN

сущ. папаверин (лекарственный препарат; болеутоляющее и сосудорасширяющее средство)
PAPALIQ
PAPEY
OBASTAN VİKİ
Papaverin
Papaverin- C20H21NO4 Bilinən ən güclü saya əzələ boşaldıcı maddədir. Fosfodiesteraz fermentini əngəlləyərək saya əzələləri birbaşa boşaldır. Damarların, mədə-bağırsaq və sidik sistemin saya əzələlərini boşaldaraq antispazmodik təsir göstərir. Tiryək bitkisindən (Papaver somniferum) əldə edilir. Papaverinin sistemik qan dövranı vazodilatasiya təsiri miyokarda və ya beyinə gedən qanın daha da azalmasına səbəb ola bilər (steal effect). Damar xaricinə sızan dərman irritasiya və tromboza səbəb ola bilər. Üzdə qızartı, başağrısı, tərləmə, mürgüləmə, hipotoniya, başdönməsi, bulanma, qəbizlik və iştahsızlıq kimi yan təsirlərlə, nadir hallarda qaraciyərdə sarılıq (gözdə və dəridə), görmə bulanıqlığı və cüt görmə, tromboz (inyeksiya yerində) kimi yan təsirlərə də səbəb ola bilər. Papaverin izokinolin sinfinə aid opioid alkaloididir . O, tiryəkdə 0,5–1% nisbətində olur. İlk dəfə 1848-ci ildə Merck tərəfindən təcrid edilmişdir.

Значение слова в других словарях