parallaks

parallaks
paralinqvistika
parallaktik
OBASTAN VİKİ
Parallaks
Parallaks — müşahidəçinin yerini dəyişdiyi zaman hər hansı obyektin vəziyyətinin görünən dəyişməsidir və ya hər hansı bir obyektin iki müxtəlif müşahidəçi tərəfindən iki fərqli nöqtədən izlənməsidir. Bu zaman müşahidəçilərin gözlərindən çıxaraq obyektə yönələn düz xətlərin kəsişməsindən əmələ gələn bucaq uzaqlıq bucağı və ya parallaks bucağı adlanır. Həmçinin parallaks üsulu ilə bir kimsənin gözündən çıxan işığın dünyadan Günəşə, günəşdən ulduza, ulduzdan da təkrar dünyaya bir xətt çəkildiyində yaranan üçbucağın bucaqları köməyiylə ulduzların uzaqlıqlarını hasablamaq mümkün olur. Bu üsul ilə ancaq 3000 işıq ili uzaqlığa qədər olan uzaqlıqları dəqiq hesablamaq olur. Hər hansı bir cimsə baxarkən, 1 metr sola doğru yerdəyişmə etdikdə, parallaks bucağı 1 dərəcə olur. Bir insanın növbə ilə sağ və sol gözünü yumub və baş barmağı ilə qarşısını tutduğu cismə baxdıqda ortaya çıxan hadisə parallaksdır. Parallaks bucağı 1 dərəcə olan göy cisimlərinə qədər olan məsafəsi 1 Parsekdir.