paramilitar

paramilitar
parametrsiz
paramneziya
OBASTAN VİKİ
Paramilitar
Yarım hərbi, Hərbiləşdirilmiş və ya Paramilitar qüvvə, funksiya və təşkilati baxımdan hərbi, lakin nizamsız könüllülərin bir növ dövlət tərəfindən dəstəklənən bir quruluş növüdür. Termin yunan dilindən tərcümədə xarici mənasını verən para və əsgər mənasını bildirən militer sözlərindən meydana gəlmişdir. Paramilitar strukturu, taktikası, təlimi, subkulturası və (əsasən) funksiyası peşəkar orduya oxşar olan, lakin ölkənin rəsmi və ya qanuni silahlı qüvvələrinin bir hissəsi olmayan təşkilatdır. Hərbiləşdirilmiş bölmələr ölkənin hərbi və ya polis qüvvələrinin yerinə yetirə bilmədiyi və ya yerinə yetirmək istəmədiyi vəzifələri yerinə yetirirlər. Bəzi təşkilatlar silahsız olmaları və ya heç bir döyüş rollarının olmamasına baxmayaraq, sadəcə olaraq strukturlarına görə də, paramilitar hesab edilə bilərlər. Hər nə qədər də, hərbiləşdirilmiş öz tərifinə görə hərbi olmasa da, gücü, atəş gücü və yaxud da təşkilati strukturu baxımından çox vaxt yüngül piyadalara və ya xüsusi təyinatlılara bərabərdir. Hərbiləşdirilmiş qüvvələr hərbi məqsədlərə müvafiq olaraq "hərbi" avadanlıqdan (məsələn, uzun lüləli silahlar və zirehli personal daşıyıcıları kimi; çox vaxt onlar əlavə hərbi ehtiyatlar hesab edilirlər), bacarıqlardan (döyüş meydanlarında dərmanlardan istifadə etmək və bombaların zərərsizləşdirilməsi kimi) və taktikalardan (məsələn, şəhərdaxili müharibələr və yaxın məsafələrdən döyüşlər kimi) istifadə edirlər. Onların məqsədləri çox vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları və ya axtarış və xilasetmə orqanlarının əməkdaşları ilə qarşılıqlı formada əlaqələndirilmiş işləməkdir. Onlar artilleriya və silahlı hərbi təyyarələr kimi geniş hərbi texnikalardan nadir hallarda istifadə edirlər. Sülh dövründə paramilitar qüvvələrə tez-tez hökumət obyektləri, infrastruktur obyektləri, hava limanları, limanlar və ya sərhədlər kimi yüksək profilli əraziləri mühafizə etmək tapşırığı verilir.