Pareyazavrlar
Pareyazavrlar (lat. Pareiasauria) – kotilozavrlar yarımsinifindən nəsli kəsilmiş sürünənlər yarımdəstəsi. Son Perm dövründə yaşamışlar. Pareyazavrlar üçün qısa və enli kəllə, gicgah sümükləri üzərində çıxıntılar, diş tacı diş-diş olan dişlər, nəhəng ətraflar xarekterdir. Bəzilərində sümük lövhəciklərdən ibarət bel zirehi olmuşdur. Ölçüləri 1 m-dən 3 m-dək idi. Tipik nümayəndəsi skutozavrdur.