PARKUR

is. \[fr. parkour "distansiya, maneələr zolağı"\] idm. Şəhər mühitində müxtəlif xarakterli maneələri aşmaq, hündürlüklərə dırmaşmaq, havada süzərək yerə rahat düşə bilmək qabiliyyəti. XəzərTV-nin Azərbaycan parkur idman klubunun treyserləri (b a x treyser) haqqında hazırladığı süjet.
PARKOMAT
PAYÇI
OBASTAN VİKİ
Parkur
Parkur (fr. parkour, parcours, parcours du combattant - "məsafə", "maneə həddi" sözünün təhrif olunmuş forması) — bir qayda olaraq şəhər şəraitində yerdəyişmə, maneələri aşma sənəti. Parkurla məşğul olanların bir çoxu bunu həyat üslubu kimi qəbul edir. Hərəkatın ideoloqları Devid Bell və Sebastyan Fukandır. Hazırda bir çox ölkədə fəal şəkildə müəyyən birliklər və şəxslər tərəfindən təbliğ olunur və inkişaf etdirilir. Parkurun mahiyyətində hərəkət və müxtəlif səciyyəli maneələrin dəf olunması durur. Bu maneələr memarlıq abidələri (məhəccərlər, hasarlar, divarlar və s.) də, xüsusi hazırlanmış konstruksiyalar (məşqlər və tədbirlər zamanı istifadə olunan) da ola bilər.

Значение слова в других словарях