paroksizmal

paroksizmal, iflic
paroksizm
parol
OBASTAN VİKİ
Paroksizmal hemikraniya
Paroksizmal hemikraniya — Paroksizmal hemikraniyanın klaster baş ağrısına bənzər xüsusiyyətləri var, lakin hücumlar daha qısa müddətli olur (2-45 dəqiqə) və onlar daha tez-tez – gün ərzində 40 dəfəyə qədər baş verir, adətən, qadınlarda daha çox müşahidə olunur. Xəstələrin əksəriyyəti xəstəliyin epizodik deyil, Xronik formasından əziyyət çəkir. Hücumların əksəriyyəti öz-özünə baş verir, lakin 10% halda mexaniki səbəblərdən (başın bükülməsi və ya fırlanması) baş verə bilər. Diaqnozun təsdiqlənməsi üçün istifadə edilən İCHD-II (Baş Ağrılarının Beynəlxalq 2-ci Təsnifatı) meyarları indometasinlə tam müalicəvi cavab və ağrı tutmaları zamanı ipsilateral vegetativ simptomların olmasıdır. Yəni ağrı tərəfində aşağıdakı simptomlardan birinin olması nəzərdə tutulur: konyuktivanın qızarması və/və ya göz yaşının axması; burunun tutulması və/və ya rinoreya; göz qapaqlarının şişkinliyi; alının və üzün tərləməsi; mioz və/və ya ptoz.

Значение слова в других словарях