PARTOKRATİYA

(latın partio-dəstə, qrup; və yunan kratos-hakimiyyət) dövlət hakimiyyəti bir siyasi partiyanın əllərində cəmləşməsi nəticəsində, yəni siyasi, inzibati və təsərrüfat rıçaqların partiya aparatının bürokrtikləşmiş təbəqəsinin əllərində cəmləşməsi nəticəsində, partiyanın və hakimiyyətin birləşməsini ifadə edən termin. P.-ya birpartiyalı sistemdə və ya demokratik şəraitdə bütün hakimiyyətin vahid partiyaya mənsub şəxslərin əllərində uzun müddət qalması nəticəsində meydana çıxır. Yüksək səviyyəli qapalıq, məmurların namenklatur prinsipi ilə vəzifələrə yığımı, cəmiyyətin nəzarət imkanlarının məhdudiyyəti son nəticədə, həmin partiya funksionerlərində, öz imtiyazlı mövqeyini qoruma naminə spesifik korporativ maraqlar əmələ gəlir, hansı ki, mövcud vəziyyətin (rejimin) bütün üsul və vasitələrlə qorunub saxlanılmasında özünü biruzə verir. P. şəraitində hakimiyyət iyerarxiyası ilə xidməti yüksəliş (karyera) fərdin peşəkarlıq səviyyəsindən deyil, məhz partiya mənsubiyyətindən və hakim şəxslərin subyektiv mülahizələrindən asılıdır. Son nəticədə bu, nəinki partiyanın xalqdan, özünü xalqın müəyyən təbəqəsinin, dairəsinin maraq və mənafelərinin təmsilçisi kimi bəyan etdiyi insan kütləsindən, hətta P.-nın yuxarı təbəqəsinin aşağı təbəqəsindən ayrı düşməsinə gətirib çıxardır, bundan savayı hakimiyyətdən suiistifadə, cəmiyyətlə hesablaşmamazlıq və digər neqativ hallara P. gətirib çıxardır. Bax həmçinin birpartiyalı sistem.
PARTİYADAXİLİ DEMOKRATİYA
PASPORT SİSTEMİ

Значение слова в других словарях