PASSATLAR

hol. passat) hər iki yarımkürədə subtropik yüksək təzyiq sahələrindən (subtropik antisiklonlardan, yəni ümumiyyətlə 25-300 enliklərdən) ekvatora doğru gedən daimi hava axınlarıdır (küləklərdir). P. Okeanların üzərində daha aydındır. Bütün il boyu küləklər eyni istiqamətdə əsməsi ilə fərqlənir. Şim. yarımkürəsində şimal-şərqdən,Cən. yarımkürəsində isə cənub-şərqdən əsir və okeanların Şim. yarımkürəsində səthinin 11%-ni, Cən. yarımkürəsində isə 20%-ni əhatə edir. yer kürəsinin bəzi sahələrində fəsillər ilə əlaqədar olaraq P.Cən. yarımkürəsinə keçdikdə Koriolis qüvvəsinin təsiri altında sola meyl edir və şimal – qərb istiqamətini alır, əksinə, P.Cən. yarımkürəsinə keçdikdə Koriolis qüvvəsnin təsiri altında sola meyl edir və şimal-qərb istiqamətini alır, əksinə, P.Şim. yarımkürəsinə keçdikdə, yenə Koriolis qüvvəsinin təsiri altında sağa meyl edir, cənub-qərb istiqamətini alır. Lakin istiqamətlərini belə mövsümi dəyişən P. Ekvatorial (və ya tropik) Mussonlar adlanır. Atmosferin yer səthində sürəti 5-6 m/san, şaquli orta qalınlığı 4 km-dir (subtropiklərdə qışda 2 km-dən ekvator yaxınlığında yayda 15 km-ə qədər).
PASSAT CƏRƏYANLARI
PAYIZ
OBASTAN VİKİ
Passatlar
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Passatlararası əks cərəyan
Passatlararası əks cərəyan - Atlantik, Sakit və Hind okeanlarında, ekvatora yaxın enliklərdə Qərbdən Şərqə gedən okean cərəyanıdır. Passatlararası əks cərəyan keçmişdə Ekvator əks cərəyanı adlanırdı.