paster 2021
pasterellyoz
OBASTAN VİKİ
Pasterellyoz
Pasterellyoz (Pasteurellosis) — Pasterellyoz infeksion xəstəlik olub, iti gedən zaman septisemiya əlamətləri, digər gedişlərdə isə ən çox ağciyərin iltihabı ilə səciyyələnir. == Tarixi məlumat == Xəstəliyin infeksion xarakterili olmasını ilk dəfə Bollinger 1878-ci ildə qeyd etmişdir. Sonralar Kitt qaramalda (1885-ci ildə), E. M. Zemmer, Pirronçito və Rivolto isə qoyunlarda pasterellyozun törədicisini müəyyən etmişlər. 1880-ci ildə Paster quşlarda pasterellyozun törədicisini, 1881-ci ildə dovşaların pasterellyozunu Qafki, 1836-cı ildə Lofler donuzların, Qreste 1887-ci ildə camışların, Qalte 1889-cu ildə xırdabuynuzlu heyvanların pasterellyozu haqqında ilk məlumat vermişlər. Paster quşlarda pasterelyozun törədicisinin tam öyrənmiş və bakteriyanın kulturasını zəiflədərək vaksin hazırlamışdır. 1910-cu ildə ayrılmış törədici Pasterin şərəfinə pasterella, xəstəlik isə pasterellyoz adlandırılmışdır. Xəstəliyin törədicisinin zooloji təsnifatı haqqında elmdə uzun müddət mübahisə olmuşdur. Yalnız 1939-cu ildə Rozenbuş və Merqant tərəfindən xəstəliyin törədicisi bütün növ heyvanlarda Pasterella multocida olduğu sübut olundu. Azərbaycanda ilk dəfə iribuynuzlu heyvanların pasterellyozuna qarşı effektli vaksin akademik M. Q. Qəniyev tərəfindən hazırlanmışdır. Pasterllyoz geniş yayılmış xəstəliklərdən olmaqla ən çox quşlarda, donuzlarda, az halda isə iri və xırdabuynuzlu heyvanlarda müşahidə edilir.