PATRİOT

сущ. патриот:
1. разг. тот, кто любит своё отечество, предан своему народу, родине. Alovlu patriot пламенный патриот; см. vətənpərvər
2. перен. тот, кто предан чему -л., горячо любит что-л. Öz zavodunun patriotu патриот своего завода, institutun patriotu патриот института
PATRİARXLIQ
PATRİSİ
OBASTAN VİKİ
Patriot (komiks)
Patriot- Amerikan komiks kitablarında "Marvel Comics" tərəfindən 3 fərqli personajın adı. Bunlar Qızıl era personajı Cefri Meys və müasir dövr qəhrəmanları Eli Bredli, Reyşaun Lukasdır.
MIM-104 Patriot
MIM-104 Patriot— ABŞ Ordusu və bir neçə başqa müttəfiq ölkə tərəfindən istifadə olunan əsas zenit-raket kompleksidir. Bu hava hücumundan müdafiə sistemi ABŞ-nin əsas müdafiə sənayesi şirkətlərindən biri olan Raytheon tərəfindən istehsal olunur. Patriot sistemi özündən əvvəl ABŞ Ordusunun silahlanmasında olan orta-uzun mənzilli MIM-14 Nike-Hercules və orta mənzilli taktiki hava hücumundan müdafiə sistemi olan MIM-23 Hawk komplekslərini əvəz etmişdir. Bütün bunlara əlavə olaraq, Patriot sisteminin əsas vəzifələrindən biri kimi anti-ballistik raket funksiyası da əlavə olunmuşdur. Bu HHM kompleksinin ən azı 2040-cı ilə qədər silahlanmada qalacağı gözlənilir. Patriot kompleksi inkişaf etdirilmiş raket və yüksək göstəricilərə malik radar sistemi ilə təchiz olunub. Bu sistem ABŞ Ordusunun silahlanmasına daxil edildikdən sonra Niderland, Almaniya, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt, Tayvan, Yunanıstan, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Rumıniyaya satılmışdır. 2006-cı ildə Şimali Koreyanın Yapon dənizi yaxınlığında ballistik raket sınağı və yeraltı nüvə testi həyata keçirməsindən sonra Cənubi Koreya da Almaniyadan ikinci əl Patriot sistemi satın almağa qərar vermişdir. Polşa da ABŞ-yə məxsus bir divizion Patriot zenit-raket kompleksinə ev sahibliyi edir. Bu raket sistemləri ilk olaraq Polşanın Moronq şəhərində yerləşdirilsə də, sonradan Rusiya tərəfinin etirazları nəticəsində bu komplekslər Rusiya ilə sərhəddən daha uzaqda yerləşən Torun və Ustka şəhərlərinə köçürülmüşdür.
Patriotlar (Amerika inqilabı)
Patriotlar (həmçinin inqilabçılar, kontinentallar, üsyançılar və ya viqlər kimi tanınır) — Amerika inqilabı zamanı Böyük Britaniya krallığının koloniyalar üzərində nəzarətinə qarşı çıxan On üç koloniyada kolonistlər. Patriot siyasətçilər Amerika müstəmləkələri ilə bağlı Britaniya siyasətlərinə müstəmləkəçi müxalifətə rəhbərlik etdilər və nəticədə 4 iyul 1776-cı ildə Birləşmiş Ştatların İstiqlal Bəyannaməsini qəbul etmişdilər. 1776-cı ildə ABŞ İstiqlal müharibəsi başlayandan sonra patriotlar britaniyalılar və onların müttəfiqlərinə qarşı mübarizə aparmışdır. Müstəmləkələr 1783-cü ildə Birləşmiş Ştatlar kimi müstəqillik qazanmışdır. Tomas Cefferson, Con Adams və Tomas Peyn kimi görkəmli patriot siyasi nəzəriyyəçilər Amerika maarifçiliyinə rəhbərlik etmişdilər, bu da öz növbəsində Frensis Bekon, Con Lokk və Jan-Jak Russo kimi Avropa mütəfəkkirlərindən ilhamlanmışdır. Amerika inqilabından əvvəl bütün On üç koloniyada köləlik mövcud olsa da, bu məsələ patriotlar arasında mübahisəyə çevrilmişdir. Onlardan bəziləri onun ləğvini dəstəklədi, digərləri isə köləlik lehinə düşüncəni müdafiə etmişdir. Patriotlar koloniyalardakı hər bir sosial və etnik qrupun üzvlərini əhatə edirdi. Amerika inqilabı müstəmləkə əhalisini üç qrupa ayırmışdı: Britaniya hakimiyyətinin sona çatmasını dəstəkləyən patriotlar, Britaniyanın koloniyalar üzərində nəzarətini davam etdirməsini dəstəkləyən loyalistlər və bitərəf qalanlar. Patriotları dəstəkləyən afroamerikalılar qara patriotlar, Britaniya tərəfindəki afroamerikalılar isə qara loyalistlər kimi tanınırdılar.

Значение слова в других словарях