patronim

patronim (dilç.)
patrondaş 2021
patronimik
OBASTAN VİKİ
Patronim
Ata adı (xüsusi ədəbiyyatda patronim kimi də istifadə olunur) — ata adından uşağa verilən nəsil adının bir hissəsi. Patronim adlarının variasiyası onun daşıyıcılarını daha uzaq əcdadlarla babalar, ulu babalar və s. ilə əlaqələndirə bilər. Familiyaların tətbiq olunmasından əvvəlki dövrdə ata adı müasir soyadlarla eyni sosial funksiyanı yerinə yetirirdi, yəni bir şəxsin daha dəqiq müəyyənləşdirilməsinə xidmət edirdi. Müasir Azərbaycan dilində ata adından sonra insanın cinsini müəyyənləşdirən sözlər də istifadə olunur. Ad formulasının tərkibində ata adı üçlü funksiyanı yerinə yetirir: ad daşıyıcını adaşından fərqləndirərək adı tamamlayır, ailə çevrəsindəki qohumluq əlaqələrini (ata - oğul) aydınlaşdırır və ehtiram (nəzakət forması) bəsləyir. İbn (ابن və ya بن: bin, ben, bəzən ismin qrammatik halını göstərmək məqsədilə ibni və ya ibnu; mənası – oğul) — ərəblərdə və ərəb dilindən istifadə edən xalqlarda şəxsin kimin oğlu olduğunu (bir növ soyadını) bildirmək üçün atasının adından əvvəl işlədilən söz. Nümunə kimi, İbn Məsud (Məsudun oğlu), İbn ən-Nədim (Nədimin oğlu) və s. Xilafət tərkibinə daxil olduqdan sonra Azərbaycanın bir çox elm, incəsənət və mədəniyyət xadimi də adlarında ibn sözundən istifadə etmişlər (məsələn, İbn Məkki əl-Bərdəyi, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani və s.).
Patronimiya
Patronimiya — sinifsiz cəmiyyətin son dövründə, patriarxal ailələrin dağılması zamanı daha yaxın qohumluq telləri ilə bir-birinə bağlı olan ailələr vahid birlik təşkil edirdilər ki, bu cür ailə qrupları patronimiya adlanırdı. Patronimiyanı 1931-ci ildə M.O.Kosven kəşf etmişdir. Kosvenə görə patronimiya da nəsil kimi ekzoqam.olmuşdur. Xarici etnoqrafiyada patronimiyanın sinonimi linecdir. (ingiliscə nəsillərin xətti). Düşmən təhlükəsini dəf etmək üçün qəbilələr (qohum və ya qonşu) müvəqqəti ittifaqlarda birləşirdilər. Müdafiə məqsədi ilə yaranan qəbilə ittifaqları əksər hallarda öz ictimai-iqtisadi mənafeləri naminə ittifaqı uzun müddət üçün saxlayırdılar (irokezlərin liqası, kriklərin konfederasiyası). Bəzi hallarda isə hərbi təhlükənin sovuşmasından sonra ittifaqlar dağılırdı. Qəbilə ittifaqları sinfi cəmiyyətə keçid dövründə yaranmışdır. Hərbi demokratiya dövrü adlanan bu dövrdə seçkili rəhbərlərlə yanaşı hərbi sərkərdələrin də ictimai rolu yüksəlirdi.