Peqas (mifologiya)
Peqas, Peqasus (yun. Πήγασος - "bulaq", lat. Pegasus) yunan mifologiyasında Qorqona Meduza və Poseydondan törənmiş qanadlı at.
Persey ilə mübarizədə artıq meduza Poseydondan hamilə qalmışdı. Onun başsız bədənindən qan axını ilə onun uşaqları yekəpər Xrisaor (üç bədənli Herionun atası) və qanadlı at Peqasus dünyaya gəlmiş olur.