Peripatetik aksiom
Peripatetik aksiom "əvvəlcə duyğuda olmayan heç nə, zehində yoxdur, (Lat: Nihil est in intellectu quod non sit prius in sensu)" şəklində ifadə edilir. Akvinalı Fomanın De veritate əsərində keçir (q. 2 a. 3 arg. 19).
Foma bu prinsipi Aristotelin qurduğu Yunan fəlsəfəsinin Peripatetik məktəbindən götürüb. Akvinalı Foma Tanrının varlığını duyğu göstəricilərinə əsaslanaraq sübut edilə biləcəyini iddia edirdi. O, xüsusi empirik göstəricilərdən universal mənaları abstraktlaşdırma qabiliyyəti olaraq şərh etdiyi Aristotelçi "aktiv zehin" ("intellectus agens") anlayışının variyasiyasını istifadə etmişdir.