Photo

das; -s, -s s. Foto
phosphorhaltig
photogen
OBASTAN VİKİ
Google Photo
Google Şəkillər - Google tərəfindən şəkil, video paylaşmaq və saxlamaq üçün yaradılan xidmətidir. 2015-ci ildə rəsmi olaraq bəyan edildi və Google+dan ayrıldı. == Xidmət == Google Şəkillər Google tərəfindən hazırlanan şəkil, video paylaşma və saxlama xidmətidir. Yeni Google Şəkillər limitsiz şəkil, video saxlamaq qabiliyyətinə və Android, iOS üçün program və brauzer xidmətlərinə malikdir. İstifadəçilər bulud xidmətinə şəkillərini yükləye və servisə bağlı bütün cihazlarda bu şəkillərə baxa bilərlər. Google Şəkillər analizlər və qruplar halınde görüntüləri rədaktə edir. Programın axtarış pəncərəsindən, istifadəçilər üçün əsas kateqotiyada axtarışlar göstərilmişdir. O kateqoriyalar bunlardır: İnsanlar, Yerlər və Əşyalar. Servis İnsanlar kateqoriyasında bir-birinə bənzəyən üzləri analiz edir və qruplaşdırır. Server Rəhbər kateqoriyasında coğrafi etiketləmə məlumatlarından istifadə edir, amma eyni zamanda vacib yerlər üçün analiz edərək köhnə şəkillərdə yerləri tapa bilər.
Adobe Photoshop
Adobe Photoshop — Adobe Systems Incorporated tərəfindən inkişaf etdirilən və yayımlanan çox funksiyalı qrafik redaktor proqramıdır. Əsasən, rastr təsvirləriylə işləyir, ancaq bəzi vektor alətlərinə də malikdir. Photoshop, rastr təsvirlərin kommersiya alətləri vasitəsilə redaktəsi sahəsində lider olmaqla Adobe firmasının ən məşhur məhsuludur. Adobe Photoshop dizayn və qrafik proqramlar arasında liderlik edən çoxistiqamətli peşəkar proqramdır. Photoshop məhdudiyyətsiz imkan, yüzlərlə alət, minlərlə funksiya, milyonlarla effektlər deməkdir. Photoshop proqramının köməyilə müxtəlif açıqcalar, kollajlar, kitab, jurnal və s. üçün cild, veb-səhifələr üçün şablonlar, şəkillər üzərində retuş əməliyyatlarını yerinə yetirmək olar. Adobe Photoshop, piksel əsaslı görünüş, şəkil və fotoşəkil təşkil bir tək forma olan, Adobe Systems-in ədədi Fotoemal proqramıdır. Vektorial əməliyyatlarda və yazı işləmə mövzusunda da bəzi qabiliyyətləri olmaqla birlikdə, bazar lideri olmasını təmin edən xüsusiyyəti bit şəkil işləmə funksiyasını də daşıyan Photoshop; şübhəsiz kompüter dünyasının ən qüvvətli yazılımlarındandır. Photoshop CS2 buraxılışına etibarən, "Smart Object" (Ağıllı obyekt) adında inkişaf etdirilmiş, vektorial məlumatların keyfiyyəti pozulmadan Photoshop mühitinə köçürülməsini təmin edən bir sistem ilə istifadəçilərə böyük bir asanlıq təmin edilmişdir.
Google Photos
Google Şəkillər - Google tərəfindən şəkil, video paylaşmaq və saxlamaq üçün yaradılan xidmətidir. 2015-ci ildə rəsmi olaraq bəyan edildi və Google+dan ayrıldı. == Xidmət == Google Şəkillər Google tərəfindən hazırlanan şəkil, video paylaşma və saxlama xidmətidir. Yeni Google Şəkillər limitsiz şəkil, video saxlamaq qabiliyyətinə və Android, iOS üçün program və brauzer xidmətlərinə malikdir. İstifadəçilər bulud xidmətinə şəkillərini yükləye və servisə bağlı bütün cihazlarda bu şəkillərə baxa bilərlər. Google Şəkillər analizlər və qruplar halınde görüntüləri rədaktə edir. Programın axtarış pəncərəsindən, istifadəçilər üçün əsas kateqotiyada axtarışlar göstərilmişdir. O kateqoriyalar bunlardır: İnsanlar, Yerlər və Əşyalar. Servis İnsanlar kateqoriyasında bir-birinə bənzəyən üzləri analiz edir və qruplaşdırır. Server Rəhbər kateqoriyasında coğrafi etiketləmə məlumatlarından istifadə edir, amma eyni zamanda vacib yerlər üçün analiz edərək köhnə şəkillərdə yerləri tapa bilər.
PHotoEspaña
PHotoEspaña (azərb. Şəkil İspaniya‎) — Madriddə fotoqrafiya və vizual incəsənətlə bağlı keçirilən beynəlxalq festival. Festival 1998-ci ildən bəri keçirilir. Festivalın proqramı ispan və beynəlxalq təsvirçilərin əsərlərini təqdim edir. Festivalın müxtəlif kateqoriyalara sahib olan bir mükafat proqramı var. "PHotoEspaña 2018" 6 iyun–26 avqust tarixləri arasında keçiriləcək. "PhotoEspaña ən yaxşı portfel üçün kəşf mükafatı" (isp. Premio PHotoEspaña Descubrimientos al mejor portfolio), 1998-ci ildən bəri verilən bir mükafatdır. San-Paulu, Karakas və Madrid şəhərlərində keçirilən "PhotoEspaña portfel gözdən keçirişi"ndən iştirak edən hərkəsə açıqdır. Qalib növbəti "Photoespaña" sərgisində öz əsərini nümayiş etririr.
PhotoDNA
PhotoDNA — onlayn xidmət təminatçıları tərəfindən geniş istifadə olunan özəl şəklin müəyyənləşdirilməsi və məzmunun filtrasiyası texnologiyası. == Tarixi == PhotoDNA 2009-cu ildə Microsoft Research və Dartmut Kollecinin professoru Heni Farid tərəfindən hazırlanmışdır. Mövcud şəkillərin və video faylların verilənlər bazasından o, hər bir təsviri təmsil etmək üçün unikal heşlər yaradır, beləliklə daha sonra həmin şəkillərin digər versiyalarını müəyyən etmək üçün istifadə oluna bilir. Heşinq metodu əvvəlcə şəkilləri ağ-qara formata çevirməyə, onları kvadratlara bölməyə və kvadratların kölgəsini ölçməyə əsaslanırdı. Sifətin tanınması texnologiyasından istifadə etmirdi, nə də təsvirdəki insanı və ya obyekti müəyyən edə bilmirdi. Metod, ölçüsünün dəyişdirilməsi və kiçik rəng dəyişiklikləri də daxil olmaqla, təsvirdəki dəyişikliklərə davamlı olmağa çalışırdı. 2015-ci ildən bu yana oxşar üsullar videofayllardakı fərdi video kadrlar üçün istifadə olunur. Microsoft, İtkin düşən və İstismar Edilən Uşaqlar üçün Beynəlxalq Mərkəz (ICMEC) tərəfindən idarə olunan və dəstəklənən və fərdi fotoşəkili unikal şəkildə müəyyən etmək üçün istifadə edilə bilən "barmaq izlərini" saxlamaqla rəqəmsal kriminalistika əməliyyatlarının bir hissəsi kimi istifadə edilən PhotoDNA texnologiyasını Project VIC-ə ianə edib. Verilənlər bazasına milyonlarla element üçün heş mövcuddur. 2014-cü ilin dekabrında Microsoft PhotoDNA-nı Azure Marketplace vasitəsilə pulsuz olaraq xidmət kimi proqram təminatı olaraq ixtisaslı təşkilatlara təqdim etməyə başlayıb.

Значение слова в других словарях