PHP

(PHP: Hypertext Preprocessor; əvvəllər Personal Home Page Tools; “pi-eyç-pi” kimi tələffüz edilir) – server tərəfdə veb proqramlaşdırma üçün yaradılmış proqramlaşdırma dili; ümumi təyinatlı proqramlaşdırma dili kimi də istifadə edilir.
Phishing
Phreaking
OBASTAN VİKİ
PHP
PHP (ing. PHP: Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün nəzərdə tutulmuş bir skriptləşdirmə dilidir.PHP Əsasən veb həllərin yaradılmasında istifadə edilən populyar server proqramlaşdırma dilidir. Məsələn, formadakı məlumatları qəbul edərək emal edən skript yaratmaq, saytda axtarış sistemi reallaşdırmaq və ya qeydiyyat sistemi yaratmaq mümkündür. 1994-cü ildə Rasmus Lerdorf CGI alətlərini yazmağa başladı və daha sonra 1995-ci ildə onları mükəmməlləşdirərək PHP dilini ortaya çıxartdı. Əksər hallarda PHP, Linux əməliyyat sistemi, MySQL məlumatlar bazası və Apache veb serveri qısa olaraq LAMP kimi (Linux, Apache, MySQL, PHP) yazılır. PHP dili 1995-ci ildə yaradılmışdır. İlk əvvəllər onun adı Personal Home Page sözlərinin baş hərflərinin birləşməsindən əmələ gəlmişdir. Daha sonralar daha ciddi ad fikirləşmək məqsədi ilə Hypertext Preprocessor adı verildi. Lakin HPP bir o qədər yaxşı səslənmədiyindən PHP adı qaldı. 2004-cü ildən PHP obyekt yönümlü dil kimi istifadə olundu.
PhpMyAdmin
phpMyAdmin — MySQL VBİS-inin idarəsi üçün nəzərdə tutulmuş veb-interfeysdən ibarət olan, PHP dilində yazılmış açıq kodlu proqram. PHPMyAdmin sayəsində brauzer vasitəsilə MySQL serverində idarəçilik etmək, SQL sorğuları vermək və cədvəllər və məlumat bazalarının məzumuna baxmaq mümkündür. Proqram bir çox veb-istehsalçılar tərəfindən istifadə edilir. Bu gün PHPMyAdmin saytların hazırlanmasında geniş tətbiq edilir. Ona görə ki, proqramın istehsalçıları MySQL VBİS-inin bütün yeniliklərini nəzərə alaraq öz məhsulunu daim inkişaf etdirirlər. Proqram GNU General Public License lisenziyasının əsasında yayılır və buna görə bir çox istehsalçılar (məsələn XAMPP, Denwer, AppServ, Open Server) bu proqramı öz layihələri ilə birləşdirirlər.
PhpStorm
PhpStorm — Çexiya mərkəzli JetBrains şirkəti tərəfindən hazırlamış PHP üçün kommersiya, cross-platformlu IDE. PhpStorm PHP, HTML və JavaScript-də uçuş kodu analizi, səhvlərin qarşısının alınması və PHP və JavaScript kodu üçün avtomatlaşdırılmış refaktorlar ilə bir redaktor təqdim edir. PhpStorm kod tamamlaması generator, koroutinlər, son açar söz, ön siyahıdakı siyahı, ad sahələri, bağlama, əlamətlər də daxil olmaqla, PHP 5.3, 5.4, 5.5, 5.6, 7.0, 7.1, 7.2, 7.3, 7.4 və 8.0 (müasir və köhnə layihələr) dəstəkləyir. və qısa sıra sintaksisi. Buraya düzəliş edilə bilən sorğu nəticələri olan tam hüquqlu SQL redaktor daxildir.